Kollegiya iki vəkillə bağlı məhkəməyə müraciət edəcək

Kollegiya iki vəkillə bağlı məhkəməyə müraciət edəcək






presstv

"Presstv"az #Anar Bağırov, #Audi, #Azərbaycan, #Təbrik, #Vəkillər Kollegiyası, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci il oktyabrın 1-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

presstvaz xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Bildirilib ki, iclası açan VK-nın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Sonra Rəyasət Heyətinin üzvləri VK-nın sabiq sədr müavini, uzun illərdir vəkillik fəaliyyəti ilə məşğul olan Fərhad Nəcəfovu 75 illik yubileyi münasibətilə təbrik ediblər. Onun vəkilliyin inkişafında göstərdiyi xidmətləri yüksək qiymətləndirilib, zəngin peşə təcrübəsi və vəkilliyə verdiyi töhfələr xüsusi qeyd olunub. Fərhad Nəcəfova uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulanıb.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə baxılıb. İxtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, habelə icbari təlim proqramını müvəffəqiyyətlə başa vuran namizədlərin andiçmə mərasimi keçirilib. Namizədlər vəkil etikası və peşə borclarına sadiq qalacaqlarına dair and içərək Kollegiyanın sıralarına qəbul olunublar. Onlara vəsiqələr təqdim edilib, gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Bundan başqa, iclasda vəkillik fəaliyyətinə xitam verilməsi, bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunması, maddi yardım göstərilməsi və mövcud borcların silinməsi ilə bağlı müraciətlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Eyni zamanda bir neçə vəkilin vəkil kabineti yaratmaq barədə müraciətləri də müsbət qiymətləndirilib və qanunvericiliyə uyğun olaraq təsdiqlənib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəyləri müzakirə olunub. Rəyasət Heyətinin qərarı ilə yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti dayandırılaraq onların VK üzvlüyündən xaric edilməsi üçün məhkəməyə müraciət olunmasına qərar verilib. Həmçinin 2 vəkilə irad bildirilib, 1 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə töhmət verilib və 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv