Qəhvə ürəyə xeyirdir, amma bu qədəri…

Qəhvə ürəyə xeyirdir, amma bu qədəri…






presstv

"Presstv"az #Araşdırma, #diabet, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sağlamlığa zərər vurmamaq üçün gündəlik kofein norması 400 mq-dan çox olmamalıdır, bu isə təxminən 3-4 fincan dənəvi qəhvəyə bərabərdir.

presstvaz xəbər verir ki, bunu  rusiyalı terapevt Mariya Tolstova açıqlamasında bildirib.

Onun sözlərinə görə bu miqdarı aşmaq ürək-damar sistemi xəstəlikləri olan insanlarda vəziyyəti ağırlaşdıra bilər: ürək döyüntülərinin sürətlənməsi, təzyiqin qalxması və aritmiyalar müşahidə oluna bilər. Bundan başqa, qəhvədən müntəzəm olaraq qəlyanaltı və ya yemək əvəzinə istifadə etmək həzm sisteminə zərər verir, ürəkbulanma və mədə yanmasına səbəb ola bilər.

Tolstova qeyd edib ki, infarkt və insultdan sonrakı bərpa dövründə qəhvə qəti şəkildə əks göstərişdir.

“Norma daxilində qəbul edildikdə qəhvənin bir sıra müsbət təsirləri var. O, əsəb sistemini stimullaşdırır, diqqəti artırır, enerjini və iş qabiliyyətini yüksəldir, yorğunluğu azaldır. Aşağı təzyiqə meylli insanlarda qəhvə təzyiqi sabitləşdirə bilər, normal təzyiqi olanlarda isə demək olar ki, dəyişiklik yaratmır”.

Mütəxəssis vurğulayıb ki, müntəzəm və ölçülü qəhvə qəbulu ürək-damar çatışmazlığı, işemik ürək xəstəliyi və aritmiyaların riskini azaldır, qaraciyər fermentlərinin fəaliyyətini dəstəkləyir, bağırsaq xərçəngi və 2-ci tip şəkərli diabetin yaranma ehtimalını aşağı salır.

Araşdırmalar həmçinin göstərir ki, orta miqdarda qəhvə istifadəsi Parkinson və Alzheimer xəstəliklərinin riskini də azaldır. Bundan əlavə, idmanla məşğul olanlarda qəhvə əzələ toxumasının bərpasını sürətləndirir və gücləndirir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv