"Yaşınız 35-i keçibsə, gedib bu orqanınızı yoxladın"

"Yaşınız 35-i keçibsə, gedib bu orqanınızı yoxladın"






presstv

"Presstv"az #diabet, #Düzgün qidalanma, #Həkim, #Rusiya, #Siqaret

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kardioloq, ürək-damar cərrahı, tibb elmləri namizədi Nikita Safonovun sözlərinə görə 35 yaşdan yuxarı hər bir insan ildə azı bir dəfə ürək müayinəsindən keçməlidir.

presstvaz xəbər verir ki, o, bu barədə "gazeta"ya açıqlama verib.

"Ürək-damar xəstəlikləri hələ də Rusiya əhalisi arasında ölümün əsas səbəblərindən biridir və bütün halların təxminən 50 faizini təşkil edir. Son illərdə səhiyyə sahəsində görülən tədbirlər nəticəsində infarkt və insultdan ölüm halları əhəmiyyətli dərəcədə azalsa da, profilaktikaya diqqət daha da artırılmalıdır".

Safonov bildirib ki, ürək xəstəliklərinin inkişafına təsir edən modifikasiya oluna bilən risk faktorlarına nəzarət etmək vacibdir. Bunlara artıq çəki, siqaret çəkmə, düzgün qidalanmama, azhərəkətli həyat tərzi, alkoqol istifadəsi, yuxu pozuntuları daxildir. Bundan əlavə, arterial hipertenziya, şəkərli diabet, dislipidemiya və aritmiya da ciddi risk amillərindəndir.

"Statistikaya görə infarktdan ölüm hallarının 29 faizdən çoxu fıbrillyasiya ilə bağlıdır. Halbuki bu xəstəlik həm dərmanlarla, həm də radiofrekans ablasiya kimi innovativ minimal invaziv əməliyyatlarla uğurla müalicə oluna bilər", – deyə həkim vurğulayıb.

Onun sözlərinə görə, 35 yaşdan sonra ildə bir dəfə əsas kardioloji müayinədən keçmək tövsiyə olunur. Bu müayinəyə EKQ, ürəyin UZI-si (exokardioqrafiya), qan təzyiqi və nəbzin ölçülməsi, qan analizləri (lipid profili, qlükoza və ya qlikohemoglobin, lazım gələrsə TSH hormonu) daxildir.

Safonov əlavə edib ki, ürəkdə hər hansı narahatlıq əlamətləri müşahidə olunarsa, özbaşına müalicə ilə məşğul olmaq olmaz, vaxt itirmədən həkimə müraciət etmək lazımdır. Mövcud ürək-damar xəstəlikləri olan xəstələr isə müalicə planına ciddi şəkildə əməl etməlidirlər.

"Əfsuslar olsun ki, profilaktik müayinələrə münasibət bizdə çox vaxt formal xarakter daşıyır. Halbuki bu müayinələr insanların həyatını xilas edə bilər", – deyə kardioloq yekunlaşdırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv