“YouTube” Trampa 24,5 milyon dollar ödəyəcək

“YouTube” Trampa 24,5 milyon dollar ödəyəcək






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Dollar, #Donald Tramp, #Google, #Hadisə, #Sosial şəbəkələr, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Google”a məxsus “YouTube” platforması ABŞ Prezidenti Donald Trampın 2021-ci ildə Kapitoli basqınından sonra hesabının bloklanması ilə bağlı irəli sürdüyü iddianı həll etmək üçün 24.5 milyon dollar ödəməyə razılaşıb.

presstvaz-ın məlumatına görə, bu barədə “The Washington Post” (WP) qəzeti yazır.

Razılaşmaya əsasən, Tramp ödəniləcək məbləğin 22 milyon dollarını Ağ Evin yeni bal zalının tikintisinə yönləndirməyi tapşırıb. Qalan vəsait isə “YouTube”u senzura tətbiq etməkdə ittiham edən digər iddiaçılar arasında bölüşdürüləcək.

Daha əvvəl “Meta” və “X” (keçmiş “Twitter”) platformaları ilə də bənzər razılaşmalar əldə olunub. Belə ki, “Meta” 25 milyon dollar, “X” isə 10 milyon dollar ödəməyə razılaşıb.

Xatırladaq ki, Trampın “Facebook”, “Instagram”, “Twitter” və “YouTube” hesabları 2021-ci ilin əvvəlində bu platformaların qaydalarını pozması səbəbindən bağlanmış, həmin ilin iyulunda siyasətçi sosial şəbəkə rəhbərliyini məhkəməyə vermişdi. Onun “Twitter” hesabı 2022-ci ildə, digər sosial şəbəkələrdəki hesabları isə 2023-cü ildə bərpa olunmuşdu.

Hesabların bloklanması Trampı 2022-ci ilin fevralında öz sosial platforması olan “Truth Social”ı yaratmağa sövq etmişdi. O vaxtdan bəri bu şəbəkə onun internet üzərindən əsas kommunikasiya vasitəsi sayılır.

Qeyd edək ki, 2021-ci il yanvarın 6-da Tramp tərəfdarları ABŞ Konqres binasına soxularaq 2020-ci il prezident seçkisinin nəticələrinin təsdiqlənməsinə mane olmağa çalışmışdılar. İğtişaşlar zamanı polis bir nümayişçini güllələmiş, həmçinin bir-biri ilə əlaqəsi olmayan tibbi səbəblərdən bir neçə nəfərin də ölümü qeydə alınmışdı. Hadisələrdən sonra Kapitoli polisinin əməkdaşlarından biri də həlak olmuşdu.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv