Polşa prezidentindən qəribə etiraf: Ruhla məsləhətləşir

Polşa prezidentindən qəribə etiraf: Ruhla məsləhətləşir






presstv

"Presstv"az #ABŞ, #Audi, #DNT, #Donald Tramp, #Müharibə, #Polşa, #Rusiya, #Ukrayna, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Polşa Prezidenti Karol Navrotski ölkəsinin təhlükəsizliyi üçün tələb olunarsa, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar masası arxasına oturmağa hazır olduğunu bəyan edib.

presstvaz-ın xəbərinə görə, bu barədə Navrotski “Radio Zet” radiostansiyasının efirində çıxışı zamanı bəhs edib.

“Əlbəttə ki, mən Polşanın maraqları naminə hər şeyi etməyə hazıram”, – deyə Navrotski bildirib.

Polşa lideri, həmçinin ABŞ Prezidenti Donald Trampın Qərbdə Rusiya lideri ilə danışıqlar apara biləcək yeganə insan olduğuna inandığını növbəti dəfə qeyd edib.

Karol Navrotski, həmçinin marşal Yozef Pilsudskinin (1918-22-ci illərdə RSFSR-dən müstəqillik əldə etmiş Polşa dövlətinin ilk rəhbəri) ruhu ilə müntəzəm olaraq söhbətləşdiyini də etiraf edib.

“Bəli, biz çox tez-tez, praktiki olaraq hər gün bir-birimizlə söhbət edirik. Mövzular çoxdur – 1920-ci il Polşa-sovet müharibəsi, Ukraynada müharibə başlayandan sonra beynəlxalq arenada mövcud vəziyyət, eləcə də parlamentdən də danışırıq”, – deyə o qeyd edib.

Bundan əlavə, Polşa lideri vurğulayıb ki, bugünkü Polşanın Pilsudski və Papa II İohann Pavel kimi xadimlərə çox ehtiyacı var.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv