“Salam əleyküm, qardaş!” – Mbappe Qazaxıstanda azarkeşləri təəccübləndirdi

“Salam əleyküm, qardaş!” – Mbappe Qazaxıstanda azarkeşləri təəccübləndirdi






presstv

"Presstv"az #"Real Madrid", #Almatı, #Audi, #Bakı, #Fransa, #Futbol, #Kilian Mbappe, #Qazax, #Qazaxıstan, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sosial şəbəkələrdə “Real Madrid”in ulduz hücumçusu Kilian Mbappenin iştirakı ilə maraqlı görüntülər yayılıb.

presstvaz xəbər verir ki, Çempionlar Liqasının növbəti oyunu üçün Qazaxıstana yollanan fransalı forvard yerli ənənələrə və azarkeşlərə xüsusi hörmət nümayiş etdirib.

Belə ki, komandanın yerləşdiyi hotelin girişində bir neçə qazaxıstanlı azarkeş futbolçunu qarşılamaq üçün toplaşıb. Onlardan biri Mbappeyə ənənəvi müsəlman salamı ilə müraciət edib: “Salam əleyküm, qardaş!” Ulduz hücumçu isə təbəssümlə: “Əleyküməs salam”, – deyərək azarkeşlə “yumruq toxunuşu” edib.

Fransalı futbolçu, həmçinin kiçik bir azarkeşi də sevindirib. Onun köynəyini imzalayan Mbappenin səmimi anları uşağın anası tərəfindən sosial şəbəkələrdə paylaşılaraq böyük maraq doğurub.

Qeyd edək ki, sabah – sentyabrın 30-da Almatının “Mərkəzi” stadionunda “Kayrat” (Almatı) – “Real Madrid” qarşılaşması keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Kayrat” Lissabonun “Sportinq”inə 1:4 hesabı ilə uduzub, “Real Madrid” isə evdə “Marsel”i 2:1 hesabı ilə məğlub edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv