Aslan Sultanov: “White Hill Capital” Azərbaycanda vençur maliyyələşməsini diversifikasiya edəcək”

Aslan Sultanov: “White Hill Capital” Azərbaycanda vençur maliyyələşməsini diversifikasiya edəcək”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Qazax, #Qazaxıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“White Hill Capital” vençur fondunun Azərbaycana daxil olması həm investisiya portfelinin perspektivli layihələrlə genişlənməsinə, həm də ölkədə vençur maliyyələşməsi mühitinin diversifikasiyasına imkan yaradacaq”.

presstvaz xəbər verir ki, bunu fondun rəhbəri Aslan Sultanov İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “White Hill Capital” arasında Azərbaycanda yeni vençur maliyyələşmə şirkətinin təsis edilməsi məqsədilə Təsis Müqaviləsinin imzalanma mərasimində bildirib. İmzalanma Bakıda “PAŞA Holding”in təşkilatçılığı ilə keçirilən “INMerge 2025” İnnovasiya Sammitində baş tutub.

Onun sözlərinə görə, Azərbaycan innovasiya sahəsində sürətli inkişaf nümayiş etdirir və yerli startapların dünya bazarına inteqrasiyası üçün güclü potensialı var.

A.Sultanov əlavə edib ki, “White Hill Capital”ın regiondakı uğurlu investisiya təcrübəsi Azərbaycan startaplarına yeni imkanlar qazandıracaq, ölkədə vençur maliyyələşməsi mühitini daha da müxtəlifləşdirəcək və rəqabət qabiliyyətini gücləndirəcək.

O bildirib ki, fondun əsas məqsədi isə yerli startapların qlobal bazarda rəqabətədavamlılığını dəstəkləməkdir.

Qeyd edək ki, “White Hill Capital” 2021-ci ildə Qazaxıstanda təsis edilmiş regional vençur fondudur və əsasən Mərkəzi Avrasiya ölkələrindən olan startaplara yatırım edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv