Kollecdə rus bölməsində Azərbaycan dilində tədris aparılır? – RƏSMİ MÜNASİBƏT

Kollecdə rus bölməsində Azərbaycan dilində tədris aparılır? – RƏSMİ MÜNASİBƏT






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Azərbaycan, #Bakı, #Orta məktəb, #Səhiyyə Nazirliyi, #Sosial şəbəkələr, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda 1 nömrəli Tibb Kollecinin rus bölməsində oxuyan tələbələrə bəzi fənlərin Azərbaycan dilində tədris olunduğu iddia edilir.

Bu barədə presstvaz-a şikayət daxil olub.

Qeyd olunub ki, kollecin 1-ci kursunda təhsil alan rusdilli tələbələrə bəzi fənlərin Azərbaycan dilində tədris olunması onları çətin vəziyyətdə qoyub.

“Biz orta məktəbi rus dilində bitirmişik və daxil olduğumuz ixtisas da rus bölməsindədir. Azərbaycan dilində keçirilən fənləri qavramadığımız üçün heç nə öyrənə bilmirik”, – deyə şikayətdə yazılıb.

Məsələ ilə bağlı presstvaz-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, sosial şəbəkələrdə də yayılan, guya 1 nömrəli Bakı Tibb Kollecində Azərbaycan dilli müəllimlərin rus bölməsində fənn tədris etməsi ilə bağlı iddialar təsdiqini tapmayıb.

“Məsələ araşdırılıb, məlumatın qaynağı kimi göstərilən profilin feyk (saxta) olduğu müəyyən edilib. Kollecdən verilən rəsmi məlumata əsasən, kollecdə tədris prosesi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq, həm Azərbaycan, həm də rus dilində (Azərbaycan Respublikasının Konstitusiyasının maddə 21, II hissəsinin tələblərinə uyğun olaraq) təşkil olunur. Kollecə tədris prosesi ilə əlaqədar hər hansı bir şikayət və ya müraciət daxil olmayıb.

Bundan əlavə, qeyd etmək istərdik ki, mövzu ilə əlaqədar rəsmi qaydada Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və ya 1 nömrəli Bakı Tibb Kollecinə müraciət olunarsa, müraciətçinin iştirakı ilə məsələni araşdırmağa hazırıq”, – deyə açıqlamada vurğulanır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv