İsveç özünün nüvə silahını yaradır?

İsveç özünün nüvə silahını yaradır?






presstv

"Presstv"az #Audi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsveçdə özünün nüvə silahının yaradılması imkanları ilə bağlı müzakirələr başlayıb.

presstvaz-ın xəbərinə görə, bu barədə Britaniyanın “Times” qəzeti məlumat verib.

Materialda bildirildiyinə görə, bir müddət əvvəl İsveç qəzetlərində dərc olunan bir sıra məqalələrdən sonra ölkədə müzakirələr alovlanıb ki, Stokholm növbəti dəfə atom bombası əldə etməyə cəhd üçün təkbaşına hərəkət etməlidir, yoxsa Şimali Atlantika Alyansından olan müttəfiqləri ilə əməkdaşlıq etməlidir.

Özünün nüvə silahının yaradılması ideyası hələ praktiki şəkildə tətbiq olunmasa da, artıq İsveç siyasi arenasında müzakirə olunmağa başlayıb. Alimlərin və ekspertlərin fikrincə, İsveç çətin ki, müstəqil nüvə silahının yaradılması üçün lazımi texnoloji və resurs bazasına malik olsun. Ölkədə altı atom elektrik stansiyası fəaliyyət göstərir, lakin onlar 40 ildən çox əvvəl tikilib.

Ekspert Martin Qoliafın sözlərinə görə, isveçlilər nüvə silahı üçün lazım olan materialların istehsalı üçün bütün infrastruktur da daxil olmaqla, çox şeylər üzərində iş aparmalıdırlar. Bu, böyük sərmayələr tələb edəcək, ona görə də lazımi resursları tapmaq praktiki olaraq mümkünsüz olacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv