Moldovada parlament seçkisinin ilk nəticələrinə görə Maya Sandunun partiyası LİDERDİR

Moldovada parlament seçkisinin ilk nəticələrinə görə Maya Sandunun partiyası LİDERDİR






presstv

"Presstv"az #Audi, #Bakı, #Moldova

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Moldova Prezidenti Maya Sandunun təsis etdiyi Fəaliyyət və Həmrəylik Partiyası (PDS) 28 sentyabr seçkisinin nəticələrinə görə deputat mandatlarının bölüşdürülməsindən sonra parlamentdə çoxluğu qoruya bilər.

presstvaz-ın məlumatına görə, bu, Mərkəzi Seçki Komissiyasının protokolların 99.52%-nin hesablanmasından sonrakı ilkin məlumatlarından bəlli olur.

Belə ki, PDS səslərin 50.03%-ni, Vətənpərvər blok – 24.26%, “Alternativ” partiyalar bloku – 7.99%, Bizim Partiya – 6.21%, Evdə Demokratiya Partiyası isə 5.63% səs toplayıb.

Qeyd edək ki, Moldova ərazisində seçkidə müxalifət üstünlük qazanıb. Burada PDS 44.13% səs toplayıb, parlamentə keçən müxalifət partiyaları isə ümumilikdə 49.54% səs alıb. “Vətənpərvər” blok – 28.25%, “Alternativ” partiyalar bloku – 9.22%, Bizim Partiya – 6.35%, Evdə Demokratiya Partiyası isə 5.72% səs qazanıb.

28 sentyabr, 23:46

Moldova Prezidenti Maya Sandu tərəfindən qurulan Fəaliyyət və Həmrəylik Partiyası parlament seçkisində səslərin 38,5 faizini, Sosialist Partiyası ətrafında formalaşan Vətənpərvərlik Bloku isə 33,6 faiz səs toplayıb.

presstvaz xəbər verir ki, bu rəqəmlər Mərkəzi Seçki Komissiyası tərəfindən bülletenlərin 20%-i işləndikdən sonra açıqlanıb.

Məlumata görə, parlament seçkisi baş tutmuş hesab olunub. Seçkidə 1 milyon 596 min 530 seçici səs verib ki, bu da siyahılarda olanların təqribən 52 faizini təşkil edir. Moldova qanunvericiliyinə görə, seçicilərin 33 faizi iştirak etdikdə seçki baş tutmuş sayılır.

28 sentyabr, 09:32

Moldovada parlament seçkisi başlayıb.

presstvaz-ın “Kommersant” nəşrinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla səhər saat 7:00-də (Bakı vaxtı ilə saat 08:00 – red.) ölkə üzrə 1 900-dən çox seçki məntəqəsi açılıb.

Seçicilər 101 parlament üzvünü dörd il müddətinə seçəcəklər. Seçkidə 22 subyekt – 15 partiya, üç blok və dörd müstəqil namizəd iştirak edəcək. Parlamentə daxil olmaq üçün partiyalar ən azı 5%, bloklar 7%, namizədlər isə 2% səs toplamalıdırlar.

Rəy sorğularına əsasən, Prezident Maya Sandunun rəhbəri olduğu “Fəaliyyət və Həmrəylik” Partiyası favorit hesab olunur. Onun ən yaxın rəqibi kimi sabiq prezident İqor Dodonun “Vətənpərvər bloku” göstərilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv