Böyrək çatışmazlığı olan pasiyentlər narazıdırlar: “Hər ay Bakıya getməyə məcburuq”

Böyrək çatışmazlığı olan pasiyentlər narazıdırlar: “Hər ay Bakıya getməyə məcburuq”






presstv

"Presstv"az #Audi, #Bakı, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlər problemlə üzləşiblər.

presstvaz Xəzər TV-yə istinadla xəbər verir ki, Gəncədə Abbas Səhhət adına Xəstəxananın Hemodializ şöbəsində qeydiyyatda olan xəstələr ciddi çətinlik yaşadıqlarını bildirirlər. Onların sözlərinə görə, şöbədə qeydiyyatda olan 150-yə yaxın pasiyent hər ay kateterlərin yuyulması üçün Bakıya göndərilir.

İddialara görə, bu xidmət əvvəllər Gəncədə göstərilsə də, sonradan dayandırılıb. Pasiyentlər artıq iki ilə yaxındır ki, bu çətinliklə üzləşirlər.

Xəstələrin bildirdiyinə görə, Gəncə ilə yanaşı, ətraf bölgələrdən də olan pasiyentlər müntəzəm olaraq burada dializ xidməti alırlar. Lakin kateterlərin yuyulmasının dayandırılmasına səbəb kimi dərman təminatının kəsilməsi göstərilib.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən açıqlamada bildirilib ki, söhbət daimi (permanent) kateterlərin yuyulmasından gedirsə, mövcud tibbi protokollara əsasən belə bir prosedur nəzərdə tutulmayıb:

“İndiyədək heç bir hemodializ mərkəzində bu tələbin rəsmi şəkildə tətbiq edildiyi qeydə alınmayıb. Permanent kateterlərin funksional ömrü, adətən, 1 ildən 1,5 ilə qədərdir. Bu müddətdən sonra kateterin tutulması müşahidə olunarsa, protokola uyğun olaraq dəyişdirilməsi və tutulma səbəbinin araşdırılması həyata keçirilir”.

Qeyd olunub ki, profilaktik yuma və ya mütəmadi durulama tibbi tövsiyələr və standart prosedurlar çərçivəsinə daxil deyil.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv