Ukraynada atışma: Federasiya prezidenti öldürüldü

Ukraynada atışma: Federasiya prezidenti öldürüldü






presstv

"Presstv"az #Cinayət işi, #Hadisə, #Qəsdən adam öldürmə, #Qətl hadisəsi, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukraynanın Krivoy Roq şəhərində atışma baş verib. Hadisə zamanı yerli Sambo Federasiyasının prezidenti Yevgeni Ponırkonun həlak olduğu bildirilir.

presstvaz Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın "24" telekanalı Dnepropetrovsk vilayətinin polisinə istinadən məlumat verib.

"Krivoy Roqun Pokrovski rayonunda qətl hadisəsi baş verib. Qətlin qurbanı yerli Sambo Federasiyasının prezidenti Yevgeni Ponırko ola bilər. Daha bir nəfər yaralanıb", – deyə telekanalın saytında yerləşdirilən məlumatda qeyd edilib.

Şahidlər yeddi atəş səsi eşitdiklərini deyiblər. Yaralanan kişi isə xəstəxanaya yerləşdirilsə də, vəziyyəti ilə bağlı təfərrüat məlum deyil.

Hadisə yerinə əməliyyat-istintaq qrupu və ekspertlər gəlib.

Atəş açanın şəxsiyyəti hələ müəyyən edilməyib və şəhərdə operativ "Siren" planı elan edilib. Dnepropetrovsk Vilayət Prokurorluğu qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açıldığını elan edib.

Eyni zamanda, Dnepropetrovsk vilayətinin polisi öz "Telegram" kanalında paylaşım edib.

"Krivoy Roq polisi Pokrovski rayonunda baş verən qətl hadisəsi yerində işləyir.

İlkin məlumata görə, naməlum şəxs yerli sakinə atəş açıb. Kişi aldığı yaralardan yerindəcə həyatını itirib. Daha bir nəfər yaralanıb.

Hazırda cinayəti törədən şəxsin müəyyən edilməsi istiqamətində ilkin istintaq tədbirləri davam etdirilir", – deyə paylaşımda bildirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv