Gürcüstana yağan yağış Balakəndə sel təhlükəsi yaratdı

Gürcüstana yağan yağış Balakəndə sel təhlükəsi yaratdı






presstv

"Presstv"az #çayda, #Gürcüstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gürcüstana yağan intensiv leysan yağışları Balakəndə İnterçayda sel və daşqın təhlükəsi yaradıb.

presstvaz APA-ya istinadıa xəbər verir ki, yağış səbəbindən mənbəyini Gürcüstandan götürən və Balakən rayonunun Şərif kəndi ərazisindən keçən İnterçayda suyun səviyyəsi artıb, çayda sel və daşqın təhlükəsi yaranıb.

Əldə olunan məlumata görə, artıq çayın bir neçə hissəsində daşqın baş verib. Sel suları Şərif kəndi ərazisini basıb. Əraziyə Balakən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin ağır texnikası və işçi qüvvəsi cəlb olunub, baş verə biləcək təhlükəsizliyi aradan qaldırma istiqamətində işlər aparılır.

Qeyd edək ki, İnterçayı mənbəyini Gürcüstan ərazisindən götürür, Balakən rayonundan 10 km məsafə axınından sonra Mazım çayına tökülür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv