FTB-nin keçmiş rəhbərinə qarşı ittiham irəli sürülüb

FTB-nin keçmiş rəhbərinə qarşı ittiham irəli sürülüb






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Araşdırma aparılır., #Audi, #Donald Tramp, #Ədliyyə Nazirliyi, #Hakim, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Böyük məhkəmə andlıları ABŞ Federal Təhqiqat Bürosunun (FBI) keçmiş direktoru Ceyms Komiyə yalan ifadələr vermək və ədalət mühakiməsinin həyata keçirilməsinə maneçilik törətməklə bağlı ittiham irəli sürüblər.

presstvaz-ın məlumatına görə, bu barədə CNN məlumat yayıb.

Komi, həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Con Brennan haqqında ABŞ Prezidenti Donald Trampın ilk seçki kampaniyası zamanı onun Rusiya ilə guya əlaqələri barədə məlumatların yayılmasındakı rolu ilə bağlı araşdırma aparılır.

İttihamlar irəli sürüldükdən dərhal sonra D.Tramp “Truth Social” şəbəkəsində yazıb:

“Bu ölkənin nə vaxtsa üzləşdiyi pis adamlardan biri FTB-nin keçmiş korrupsiyalı rəhbəri Ceyms Komidir. O, ölkəmizə uzun müddət ərzində o qədər ziyan vurub ki, indi o, millətimizə qarşı cinayətlərinə görə cavab verməyə yenicə başlayır”.

Ceyms Kominin özü isə günahsız olduğunu bildirib.

“Mənim ürəyim (Amerika – red.) Ədliyyə Nazirliyi üçün parçalanır, amma mən federal məhkəmə sisteminə dərindən inanıram. Mən günahsızam, ona görə də gəlin məhkəmə keçirək”, – o, “Instagram” sosial şəbəkəsindəki şəxsi səhifəsində dərc edilən videomüraciətində deyib.

“ABC News” telekanalı həmin xəbər yayıb ki, Virciniya ştatının Şərq dairəsi üzrə ABŞ prokurorluğu tərəfindən dərc edilmiş bəyanatda Komiyə qarşı irəli sürülən ittihamlar göstərilirdi. Qeyd edilirdi ki, əgər bunlar təsdiqlənərsə, FTB-nin keçmiş rəhbərinə beş ilə qədər həbs cəzası təhlükəsi yarana bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv