İran və Aİİ arasında əməkdaşlıq üzrə yol xəritəsi imzalanıb

İran və Aİİ arasında əməkdaşlıq üzrə yol xəritəsi imzalanıb






presstv

"Presstv"az #Audi, #Avrasiya İqtisad, #İran, #Nəqliyyat, #Rusiya, #Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın paytaxtı Moskvada keçirilən Azad Ticarət Sazişinin İcrası üzrə Birgə Komitənin birinci iclasının sonunda İran və Avrasiya İqtisadi İttifaqı (Aİİ) 2025-2028-ci illəri əhatə edən əməkdaşlıq üzrə yol xəritəsi imzalayıb.

presstvaz xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Sənəd İranın sənaye, mədən və ticarət naziri Seyid Məhəmməd Atabək və Aİİ-nin ticarət naziri İqor Slepnyov tərəfindən imzalanıb. Yol xəritəsi İran və ittifaqın beş üzv dövləti arasında ticarət və iqtisadi əməkdaşlığın gələcək çərçivəsini müəyyənləşdirir.

Slepnyov mətbuat brifinqində bildirib ki, sənəd nəqliyyat, logistika və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizini, həmçinin gömrük sahəsində islahatları əhatə edir. O əlavə edib ki, tərəflər “yaşıl gömrük dəhlizləri”nin yaradılması, rəqəmsallaşma və elektron tranzitə keçidlə bağlı razılığa gəliblər.

Aİİ rəsmisinin sözlərinə görə, bu addımlar İran bazarına məhsul ixracını sürətləndirməklə yanaşı, region ölkələrinin şirkətlərinə də əlavə imkanlar yaradacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv