Fergus Auld: “Böyük Britaniya hökuməti Cənubi Qafqazda davamlı sülhə və rifaha öz töhfəsini vermək niyyətindədir”

Fergus Auld: “Böyük Britaniya hökuməti Cənubi Qafqazda davamlı sülhə və rifaha öz töhfəsini vermək niyyətindədir”






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Bakı, #Böyük Britaniy, #Böyük Britaniya, #Cənubi Qafqaz, #Füzuli, #Hadisə, #İlham Əliyev, #Rusiya, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Böyük Britaniya hökuməti Cənubi Qafqazda davamlı sülhə və rifaha öz töhfəsini vermək niyyətindədir”.

presstvaz xəbər verir ki, bunu Bakıda keçirilən I Azərbaycan – Birləşmiş Krallıq Siyasət Dialoqunun açılış mərasimində Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld bildirib.

O, Böyük Britaniyanın Azərbaycandakı diplomatik missiyasına rəhbərlik etdiyi müddətdə qlobal əhəmiyyətli hadisələrin şahidi olduğunu diqqətə çatdırıb:

“Bu müddət ərzində Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi, Rusiya sülhməramlı kontingenti vaxtından əvvəl çıxarıldı, ötən ay isə baş nazir Paşinyanla sülh sazişi paraflandı. Həmçinin Minsk qrupu buraxıldı. İndi isə həmin ərazilərdə həyat yenidən canlanır, Füzulidə aeroport, Ağdamda isə dəmiryol xətti istifadəyə verilib”.

“İkitərəfli münasibətlərdə təkcə son bir ildə mən ilk dəfə olaraq Böyük Britaniyanın vəzifədə olan Baş naziri Kir Starmerin Azərbaycana səfərini qarşıladım. İlk dəfə olaraq buraya hərbi attaşe təyin edildi, Azərbaycanın energetika naziri ilə keçirilən İqtisadi Komissiyanın iclasında iştirak etdim, həmçinin dörd həftə əvvəl Avropa işləri üzrə nazir Stiven Dautini qəbul etdim. Prezident İlham Əliyev ilə razılaşdırıldığı kimi, münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq niyyətindəyik”, – deyə səfir əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv