Yerli sanator-kurort sisteminin incisi

Yerli sanator-kurort sisteminin incisi






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Həkim, #Sağlamlıq, #Xəzər rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Müasir tibbin əsas prinsiplərindən biri ondan ibarətdir ki, sağlamlığın qorunması və bərpası yalnız həkim müdaxiləsi ilə məhdudlaşmır, həm də müalicə prosesinin keçirildiyi şəraitdən asılıdır. Peşəkar tibbi heyətin fəaliyyəti, güclü müalicə-diaqnostika bazası, rahat infrastruktur və əlverişli təbii amillər birləşdikdə, nəticə daha səmərəli olur. Bu baxımdan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabeliyində fəaliyyət göstərən və Xəzər rayonunda yerləşən “Abşeron” sağlamlıq mərkəzi nümunəvi müəssisələrdən biridir.

Pazl.az-ın məlumatına görə, mərkəz təxminən 17 hektar ərazidə salınıb. Burada iki yataq korpusu, müalicə bloku, klub, konfrans zalı, istirahət və yaşıllıq zonaları, gəzinti yolları mövcuddur. Ümumilikdə 200-dən çox yer nəzərdə tutulub ki, bu da eyni vaxtda həm geniş auditoriyaya xidmət göstərməyə, həm də rahat və sakit mühit yaratmağa imkan verir.

“Abşeron”un əsas ixtisaslaşma istiqaməti həzm sistemi xəstəliklərinin müalicəsidir. Bu sahədə təcrübəli qastroenteroloqlar, diyetoloqlar, fizioterapevtlər və reabilitoloqlar çalışırlar. Müasir kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika kabinetləri, ultrasəs və endoskopiya avadanlıqları xəstəliklərin erkən mərhələdə aşkarlanmasına və müalicənin nəticələrinin dəqiq izlənilməsinə şərait yaradır.

Sağlamlıq proqramı geniş çeşidli prosedurları əhatə edir. Mineral vannalar, sualtı masaj, infraqırmızı sauna, Şarko duşu, qaloterapiya, hidro-kolonoterapiya, parafin və palçıq müalicəsi, maqnitoterapiya, vakuum və ultrasəs terapiyası bu sıradadır. Bundan əlavə, ozonoterapiya, damardaxili müalicə üsulları, darsonval, elektron neyrostimulyasiya, amplipuls-terapiya və zərbə-dalğa terapiyası da tətbiq olunur. Relaksasiya üçün “Relounge” qurğusu vasitəsilə əzələ və sinir gərginliyinin aradan qaldırılması mümkündür.

Diyetoterapiya xüsusi diqqət mərkəzindədir. Yeməklər mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkənlərin ehtiyaclarına uyğun hazırlanır, menyular diyetoloqlar tərəfindən tərtib edilir. Milli mətbəxin ənənələri qorunmaqla, qidalanma balanslaşdırılmış və sağlamlıq baxımından faydalı şəkildə təşkil olunur.

Kompleksin mühüm üstünlüyü müasir tibbi texnologiyalardan istifadə ilə bağlıdır. Burada qastro-duodenoskopiya, ultrasəs müayinələri, yeni nəsil fizioterapiya cihazları vasitəsilə müalicə aparılır. Eyni zamanda, ozon kapsulu və “Emsella” avadanlığı kimi innovativ üsullar uğurla tətbiq olunur.

“Abşeron”da istirahətçilərin rahatlığı da tam təmin edilib. Korpuslarda əsaslı təmir aparılıb, yeni liftlər quraşdırılıb, əlilliyi olan şəxslər üçün şərait yaradılıb. Kompleks fasiləsiz enerji, müasir kanalizasiya sistemi, videomüşahidə, sürətli internet və IP-telefon rabitəsi ilə təmin olunur. Ərazidə yaşıllıqlar salınmış, gəzinti yolları və istirahət guşələri yenilənib.

AHİK müəssisənin inkişafına xüsusi diqqət yetirir. Mərkəz mütəmadi olaraq yenilənir, müasir avadanlıqlarla təchiz edilir və hər il minlərlə insana xidmət göstərir. Bu, həm yerli əhalinin, həm də xarici qonaqların sağlamlığının bərpasına töhfə verir.

Mərkəzdə müalicə alan şəxslərdən biri, israilli rəssam Mila Kreynoviç xidmət səviyyəsini yüksək qiymətləndirərək, həkimlərin peşəkarlığını, tibbi xidmətin keyfiyyətini və düzgün qurulmuş diyetik qidalanmanı xüsusi qeyd edib.

Bu gün “Abşeron” sağlamlıq mərkəzi ölkəmizin sanator-kurort sistemində mühüm mövqeyə malikdir. Burada tibbi ənənələr müasir yanaşmalarla birləşdirilir, vətəndaşlara və xarici qonaqlara yüksəksəviyyəli xidmət göstərilir. AHİK-in dəstəyi ilə yaradılmış bu müəssisə sanator-kurort sisteminin incisi kimi dəyərləndirilə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv