“Baku International Arts Festival 2025”: Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət

“Baku International Arts Festival 2025”: Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Audi, #Avstriya, #Azərbaycan, #Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, #Bakı, #Böyük Britaniy, #Böyük Britaniya, #Çin, #Fransa, #Hadisə, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #İspaniya, #İsrail, #Kanada, #Özbəkistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu payız Bakıda Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə ilk dəfə möhtəşəm bir hadisə baş tutacaq – “Baku International Arts Festival” (BIAF). 31 oktyabr-16 noyabr 2025-ci il tarixlərində Azərbaycanın paytaxtı müasir rəqs, teatr və ölməz klassikanı özündə birləşdirən beynəlxalq səhnə mərkəzinə çevriləcək.

Festival zamanı üç həftəsonunda qonaqları 10-dən artıq unikal tədbir gözləyir. Bu tədbirlərdə Azərbaycan, Avstriya, Böyük Britaniya, Almaniya, İsrail, İspaniya, Kanada, Çin, ABŞ, Fransa və Özbəkistandan 100-dən çox sənətçi iştirak edəcək.

Bakının ən nüfuzlu səhnələrində tanınmış rejissorlar, xoreoqraflar və teatrların tamaşaları təqdim olunacaq. Onların arasında Robert Lepaj, Şaron Eyal, Yan Lipin, Giyom Kotey, Rimas Tuminas, “Gesher” teatrı, Daniele Finzi Paska və başqaları yer alırlar.

Festival dünya miqyasında tanınmış incəsənət tədbirlərinin ən yaxşı ənənələrindən ilhamlanaraq hər il keçiriləcək mədəniyyət layihəsi kimi nəzərdə tutulub. Məqsəd – Bakını yeni bədii dialoq, yaradıcılıq və beynəlxalq əməkdaşlıq mərkəzinə çevirməkdir.

Festivalın əsas məkanları: Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı.

Bakı – Xəzərin mədəniyyət paytaxtı, Şərqlə Qərbin qovuşduğu məkandır. Bir zamanlar Böyük ipək yolunun mühüm qovşağı olan şəhər, bu gün də xalqları birləşdirir və zəngin irsi ilə ilhamlandırır. BIAF bu birliyin yeni simvoluna çevrilərək dünya incəsənətini Azərbaycan mədəniyyəti ilə bir araya gətirəcək.

Festival yalnız konsertlər və tamaşalar silsiləsi deyil. Bu, yeni kəşflərə yol açan səyahət, incəsənətsevərlərə və mədəniyyət yoluna yenicə qədəm qoyanlara unudulmaz təcrübədir.

Biletləri əldə etmək, eləcə də proqram və festival barədə əlavə məlumat almaq üçün BIAF rəsmi saytına daxil olun: www.biaf.az.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv