Tayvanda daşqın fəlakəti: Azı 14 nəfər həlak olub, onlarla insan itkin düşüb

Tayvanda daşqın fəlakəti: Azı 14 nəfər həlak olub, onlarla insan itkin düşüb






presstv

"Presstv"az #Audi, #Çin, #Hakim, #Tayvan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tayvanın Hualyan bölgəsində səddin dağılması nəticəsində azı 14 nəfər həyatını itirib, onlarla insan isə itkin düşüb.

presstvaz xəbər verir ki, bu barədə “Focus Taiwan” məlumat yayıb.

Bildirilib ki, vaxtilə torpaq sürüşmələri nəticəsində yaranan göl “Raqasa” supertayfununun gətirdiyi güclü yağışlar səbəbindən yaranan daşqınlar fəlakətə yol açıb.

Suyun axını Quanfu qəsəbəsini tamamilə viran qoyub. Hazırda su çəkilsə də, küçələr qalın palçıq və tullantı təbəqəsi ilə örtülüb. Xilasetmə qrupları evləri bir-bir gəzərək axtarış aparırlar. İtkin düşənlərin dəqiq sayı məlum olmasa da, hakimiyyət orqanları təhlükəsizlik məqsədilə üç mindən çox insanı təxliyə edib.

Hualyan şəhərindən təxminən 40 km cənubda yerləşən Quanfuda daşqın suları həm də dəmiryol stansiyasını su altında qoyub, bir körpünü dağıdıb.

Qeyd edək ki, sürəti saniyədə 50 metrə çatan “Raqasa” supertayfunu sentyabrın 24-də Çinin Honq-Konq və Makao xüsusi inzibati rayonlarına zərbə endirib. Hazırda tayfun Quandun və Haynan əyalətlərinə, həmçinin Quansi-Çjuan muxtar rayonuna doğru irəliləyir. Sentyabrın 26-da onun Vyetnam və Kambocanın şimal bölgələrinə çatacağı, həmçinin Çinin Yunnan əyalətində də təsirinin hiss ediləcəyi gözlənilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv