Ağ Ev: “ABŞ vətəndaşları Ukraynaya silah satışından qazanc əldə edirlər”

Ağ Ev: “ABŞ vətəndaşları Ukraynaya silah satışından qazanc əldə edirlər”






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Co Bayden, #Donald Tramp, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“ABŞ vergi ödəyiciləri Ukraynaya yeni silah təchizatından fayda əldə edirlər. Çünki artıq silahlar pulsuz verilməyib, NATO ölkələrinin ödədiyi vəsait hesabına satılır”.

presstvaz xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt “Fox News” telekanalına müsahibəsində bildirib.

“ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, biz NATO-ya silah satmağa davam edəcəyik, alyans və Ukrayna isə bu silahları necə istifadə edəcəklərinə özləri qərar verəcəklər”, – deyə Livitt vurğulayıb.

Onun sözlərinə görə, Prezident Trampın dövründə silah sazişlərinin yeni formatı ABŞ maraqlarını ön plana çəkir:

“Biz bu silahları NATO-ya satırıq, alyans isə onları Ukraynaya göndərir. Beləliklə, amerikalı vergi ödəyiciləri bu prosesdən faydalanırlar. Bu, əvvəlki prezident Co Bayden administrasiyası ilə müqayisədə fərqli mövqedir”.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinə silah təchizatının davam edəcəyini açıqlamışdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv