Qrip zamanı spirtli içkilərin orqanizmə mənfi təsiri açıqlanıb

Qrip zamanı spirtli içkilərin orqanizmə mənfi təsiri açıqlanıb






presstv

"Presstv"az #Allergiya, #Araşdırma, #Audi, #Bakteriya, #Həkim, #Qrip, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kəskin respirator virus infeksiyaları və qrip zamanı spirtli içkilərin qəbulu xəstəliyin gedişatını əhəmiyyətli dərəcədə pisləşdirir.

presstvaz xəbər verir ki, bu barədə rusiyalı psixiatr və narkoloq Ruslan İsayev RT-yə müsahibəsində xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, spirt bir neçə səbəbdən təhlükəlidir: “Birincisi, alkoqol immun sistemini zəiflədir, virus və bakteriyalara qarşı müqaviməti azaldır. Bu isə bədənin bərpasını ləngidir və ağırlaşma riskini artırır. Bundan əlavə, spirt orqanizmdən suyu, eləcə də toxumaların bərpası və immunitet üçün vacib vitamin və mineralları çıxarır. İkincisi, dərman qəbulu zamanı alkoqolun istifadəsi xüsusilə təhlükəlidir. Araşdırmalar məhdud olsa da, mövcud məlumatlar göstərir ki, alkoqol antibiotiklərlə uyğun gəlmir. O, antibiotiklərin effektivliyini azalda, zülallara bağlanmasına mane ola, toksinlərin xaric edilməsini zəiflədə, toksik reaksiyalar və allergiya riskini artıra bilər. Üstəlik, qaraciyərə əlavə yük salır”.

Mütəxəssis əlavə edib ki, antibiotik və ya virus əleyhinə dərmanlar təyin edildikdə alkoqolun istifadəsi əks göstərişdir, çünki sağalma prosesinə mane olur. Mütəxəssis əlavə edib ki, əgər insan müalicə müddətində (7-10 gün) belə spirtli içkilərdən imtina edə bilmirsə, bu, alkoqol asılılığının göstəricisidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv