Ruanda prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

Ruanda prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub






presstv

"Presstv"az #ASAN xidmət, #Audi, #Azərbaycan, #Bakı, #COP29, #İlham Əliyev, #Ruanda Respublikası, #Ülvi Mehdiyev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sentyabrın 20-də Ruanda Respublikasının Prezidenti Pol Kaqame Bakıda “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ali qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Ruanda prezidentinə “ASAN xidmət” modeli ilə bağlı təqdimat edilib. Milli brendimiz olan ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə və beynəlxalq təşkilat ilə müqavilə imzalandığı diqqətə çatdırılıb.

Həmçinin vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və dörd qitədə təşviq edir.

“ASAN xidmət” təcrübəsinin Ruanda tərəfi ilə paylaşılması məqsədilə əməkdaşlıq əlaqələri 2024-cü ilin noyabr ayında COP29-da iştirak etmək üçün ölkəmizdə səfərdə olmuş Ruanda prezidenti ilə Prezident İlham Əliyev arasında keçirilən görüşün yekunlarına əsasən qurulub.

Bu çərçivədə cari ilin iyun ayında dövlət agentliyi ilə Ruandanın müvafiq qurumu arasında Anlaşma Memorandumu imzalanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv