Halqalarsız ilk “Audi” yarım saat ərzində 10 min sifariş topladı

Halqalarsız ilk “Audi” yarım saat ərzində 10 min sifariş topladı






presstv

"Presstv"az #Almaniya, #Audi, #Avto, #Çin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yeni “AUDI E5 Sportback” elektrik avtomobili Çində satışa çıxarıldıqdan sonra 30 dəqiqə ərzində 10 mindən çox sifariş toplayıb.

presstvaz bu barədə “CarNewChina” nəşrinə istinadla xəbər verir.

Onun qiyməti 235 900 yuandan (təqribən 57 min manat – red.) başlayır.

Avtomobil Çinin SAIC ilə Almaniyanın “Audi” şirkətlərinin birgə müəssisəsi tərəfindən istehsal olunur.

“E5 Sportback” yenilənmiş AUDI brendinin ilk avtomobilidir. Yeni brend yalnız böyük hərflərlə yazılır. Onun əsas xüsusiyyəti emblemində ənənəvi dörd halqanın olmamasıdır.

Elektrik avtomobili 299-dan 787 at gücünə qədər güc qurğularına malikdir. Ən güclü versiyasında “AUDI E5 Sportback” 3,4 saniyəyə yerindən 100 km/saat həddinə çata bilir. 800 voltluq akkumulyatorun bir dəfə doldurulması ilə maksimum 770 km məsafə qət etmək mümkündür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv