ABŞ-də 140 il əvvəl itən “kabus gəmi” tapıldı

ABŞ-də 140 il əvvəl itən “kabus gəmi” tapıldı






presstv

"Presstv"az #ABŞ, #Audi, #Gəmi, #Yük gəmisi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Viskonsin ştatı sahillərində 140 il əvvəl şiddətli fırtınada itən yük gəmisi – “F.J. King” qayığının qalıqları tapılıb.

presstvaz xəbər verir ki, məlumatı Viskonsin Tarix Cəmiyyəti və Viskonsin Sualtı Arxeologiya Assosiasiyası təsdiqləyib.

Qalıqlar gölün sahilindəki kiçik Beyli limanı yaxınlığında aşkarlanıb. Uzunluğu 50 metr olan, üçdirəkli “F.J. King” 15 sentyabr 1886-cı ildə Miçiqanın Eskanaba şəhərindən Çikaqoya dəmir filizi daşıyarkən güclü fırtınaya düşüb. Dalğaların təsirindən göyərtəsi dağılan gəmi kapitan Uilyam Qriffin və heyətin bütün səylərinə baxmayaraq batıb. Lakin ekipaj başqa bir qayıq tərəfindən xilas edilərək Beyli limanına aparılıb.

Onilliklər boyu gəminin dəqiq batdığı yer barədə ziddiyyətli məlumatlar onun tapılmasına mane olub. 1970-ci illərdən bəri keçirilən çoxsaylı ekspedisiyalar nəticəsiz qayıtdığından, “F.J. King” “kabus gəmi” adlandırılıb.

Dəniz tədqiqatçısı Brendon Baylodun rəhbərlik etdiyi komanda kapitanın fırtına zamanı yanlış koordinatlar verdiyini ehtimal edərək, axtarışları mayak nəzarətçisinin qeydlərində göstərilən beş kvadrat kilometrlik ərazidə cəmləşdirib. Nəticədə radar suyun altında 50 metrlik obyekt qeydə alıb və gəminin özəyinin bütöv halda qaldığı müəyyən edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv