İcma: Qərbi Azərbaycan TV-nin adından yanlış təsəvvür formalaşdırmağa yönəlmiş ifadələrə yer verilib

İcma: Qərbi Azərbaycan TV-nin adından yanlış təsəvvür formalaşdırmağa yönəlmiş ifadələrə yer verilib






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Azərbaycan, #Münaqişə, #Qərbi Azərbaycan İcması (QAİ), #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bir sıra saytlarda Qərbi Azərbaycan İcması (QAİ) və Qərbi Azərbaycan TV ilə bağlı həqiqətə uyğun olmayan məlumat dərc edilib.

presstvaz xəbər verir ki, bu barədə QAİ məlumat yayıb.

Bildirilib ki, həmin yazıda ictimaiyyətə yanlış təsəvvür formalaşdırmağa yönəlmiş ifadələrə yer verilib:

“Yazıda adıkeçən “Qərbi Azərbaycan İcması (TV)” adlı heç bir təşkilat mövcud deyil. Burada məqsədli şəkildə ad təhrif olunaraq, icma ilə bağlı olmayan səhifələr üzərindən çaşqınlıq yaratmağa cəhd edilir. Qərbi Azərbaycan TV yayımlarında icmanın rəsmi loqosundan istifadə edir. Təəssüf ki, sosial şəbəkələrdə eyni adda, lakin rəsmi olmayan səhifələr mövcuddur və həmin saytlar da mənbəni araşdırmadan o səhifənin paylaşımını əsas götürərək ictimaiyyəti yanlış məlumatlandırıb”.

QAİ belə süni münaqişələrə cəlb olunmasını yolverilməz hesab etdiyini vurğulayıb:

“Bu kimi addımlar həm ictimai rəyə zərər vurur, həm də milli maraqlarımıza xələl gətirir. Ona görə də media qurumlarını məsuliyyətli olmağa, milli maraqlara zərbə vuran təhriflərdən və yanlış təqdimatlardan çəkinməyə çağırırıq.

Qərbi Azərbaycan İcmasının mövqeyi aydındır: biz milli birliyimizi zəiflədən, məqsədli şəkildə qarışıqlıq yaradan hər hansı addımı qətiyyətlə pisləyirik. Rəsmi məlumat və xəbərlər yalnız Qərbi Azərbaycan İcmasının təsdiqlədiyi kanallar və səhifələr vasitəsilə yayımlanır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv