Göbələkdən zəhərlənməmək üçün nələrə diqqət etməliyik?

Göbələkdən zəhərlənməmək üçün nələrə diqqət etməliyik?






presstv

"Presstv"az #Göbələk zəhərlənmə, #Həkim, #Meşə, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son illər payız aylarında göbələk zəhərlənmələri ilə bağlı hallar artıb. 

presstvaz xəbər verir ki, əsasən, meşəlik və dağlıq ərazilərdən toplanan yabanı göbələklərin düzgün tanınmaması bir çox hallarda ağır fəsadlara, hətta ölümlə nəticələnən zəhərlənmələrə səbəb olur.

Mövzu ilə bağlı qida mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, görünüşcə bir-birinə bənzəyən bəzi göbələklərdən bəziləri çox zəhərlidir və onları yeməli növlərdən ayırmaq təcrübəsiz şəxslər üçün çox çətindir. Bu səbəbdən, xüsusilə bazarlarda və yol kənarlarında satılan, mənşəyi bəlli olmayan göbələklərin alınmaması tövsiyə olunur.

Ekspert qeyd edib ki, zəhərlənmədən qorunmaq üçün yalnız etibarlı mənbədən alınmış göbələklərdən istifadə edin. Mağazalarda satılan, qablaşdırılmış və nəzarətdən keçmiş göbələklərə üstünlük verin. Özünüz topladığınız göbələyi 100% tanımırsınızsa, istifadə etməyin. Yabanı göbələk yığımı peşəkar bilik tələb edir:

"Zəhərli göbələklərin əksəriyyəti qoxusuna, rənginə və dadına görə tanınmır. "Pis qoxulu olur" və ya "rəngi qaralmırsa, zəhərli deyil" kimi inanclara aldanmayın. Uşaqlara və yaşlılara yabanı göbələk verməkdən çəkinin. Onların immun sistemi daha həssasdır və zəhərlənməyə qarşı dözümsüz ola bilərlər.Zəhərlənmə əlamətləri gördükdə dərhal həkimə müraciət edin. Ürəkbulanma, qusma, qarın ağrısı, başgicəllənmə və ishal kimi hallar ciddi zəhərlənmə əlamətləri ola bilər".

Ekspert əlavə edir ki, zəhərli göbələklərin bəziləri ilk saatlarda heç bir əlamət vermir və zəhərlənmə bir neçə saatdan sonra ortaya çıxır. Bu isə diaqnoz və müalicəni daha da çətinləşdirir:

"Təbiətdən toplanan göbələk cazibədar və ləzzətli görünsə də, ehtiyatsızlıq həyat üçün təhlükə yarada bilər. Bir neçə kiloqramlıq göbələk deyil, cəmi bir tikə zəhərli göbələk belə ölümcül ola bilər".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv