Polşa NATO ilə 4-cü maddənin tətbiqini müzakirə edib

Polşa NATO ilə 4-cü maddənin tətbiqini müzakirə edib






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tusk, #Jurnalistlər, #Polşa, #Rusiya, #təyyarə, #Ukrayna, #Varşava

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Polşa ölkənin hava məkanının Rusiya tərəfindən pozulması ilə bağlı NATO Müqaviləsinin 4-cü maddəsinin tətbiqini müzakirə edib.

presstvaz “TVP Info” telekanalına istinadən xəbər verir ki, bu barədə Polşa Prezidenti Karol Navrotski jurnalistlərə açıqlamasında bildirib.

“Milli Təhlükəsizlik Bürosunda NATO Müqaviləsinin 4-cü maddəsinin tətbiq imkanları müzakirə edilib”, – o qeyd edib.

Lakin prezident hansı qərarın qəbul edildiyini açıqlamayıb.

Qeyd edək ki, NATO Nizamnaməsinin 4-cü maddəsində deyilir ki, tərəflərdən hər hansı birinin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi təhdid altında olarsa, tərəflər bir-biri ilə məsləhətləşmələr aparmalıdırlar. Bu maddə dərhal hərbi müdaxilə tələb etmir. Məqsəd məsələnin müzakirəsi, informasiya paylaşımı və birlikdə addımların planlaşdırılmasıdır.

10:58

Polşanın Baş naziri Donald Tusk ölkənin hava məkanının Rusiya dronları tərəfindən pozulduğunu təsdiq edib.

presstvaz xəbər verir ki, D.Tusk bu barədə öz “X” hesabında yazıb.

“Polşanın hava məkanı Rusiyanın çoxlu sayda pilotsuz təyyarələri tərəfindən pozulub”, – D.Tusk qeyd edib.

D.Tusk vurğulayıb ki, birbaşa təhlükə yaradan pilotsuz təyyarələr vurulub.

“Mən NATO-nun baş katibi və müttəfiqlərimizlə daim əlaqə saxlayıram”, – deyə o qeyd edib.

Öz növbəsində Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı Rusiya aviasiyasının Ukraynaya kütləvi hücumu zamanı bir neçə pilotsuz təyyarənin Polşanın hava məkanını pozduğunu açıqlayıb.

Eyni zamanda, bildirilir ki, Rusiya pilotsuz təyyarələrinin qarşısını almaq üçün Polşa Silahlı Qüvvələri döyüş təyyarələrini havaya qaldırıb və yerüstü hava hücumundan müdafiə sistemlərini işə salıb. Həmçinin NATO ölkələrinin döyüş təyyarələri təhlükənin qarşısını almaq üçün havaya qaldırılıb.

09:32

Polşanın baş naziri Donald Tusk ölkənin hava məkanının pozulması ilə bağlı hökumətin təcili iclasını çağırıb.

presstvaz xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Adam Şlapka öz “X” hesabında yazıb.

“Donald Tusk ölkənin təhlükəsizliyinə cavabdeh olan nazirlərlə birbaşa danışmaq istəyir”, – baş nazirin mətbuat katibi vurğulayıb.

Məlumat üçün qeyd edək ki, Polşa hərbçiləri gecə saatlarında ölkənin hava məkanını pozan obyektləri vurub.

09:00

Polşa ölkənin hava məkanına naməlum obyektlərin daxil olması səbəbindən Varşava və Rzeşov şəhərlərinin hava limanlarını bağlayıb.

presstvaz-ın xəbərinə görə, bu barədə “Reuters” ABŞ Federal Aviasiya Administrasiyasına istinadən məlumat yayıb.

“Hazırda həmin obyektlərin müəyyən edilərək zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparılır”, – deyə məlumatda qeyd olunur.

Məlumat üçün əlavə edək ki, Polşa Varşavanın Frederik Şopen hava limanı da daxil olmaqla, ölkənin dörd hava limanını qapadıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv