Azərbaycanda nə qədər uşaq qəyyumluğa verilib? – Ailələrin aldığı müavinət AÇIQLANDI

Azərbaycanda nə qədər uşaq qəyyumluğa verilib? – Ailələrin aldığı müavinət AÇIQLANDI






presstv

"Presstv"az #Ağcabədi, #Ailə, #Audi, #Bakı, #Biləsuvar, #çayda, #göldə, #Hakim, #Lənkəran, #Sağlamlıq, #Şamaxı, #Şəki, #Şəmkir

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qəyyumu tərəfindən işgəncəyə məruz qalan 14 yaşlı yeniyetmədən sonra ağıllarda bir sual yarandı: Görəsən, indiyə qədər həmin uşaq, yaxud ailə ilə maraqlanan olmayıbmı?

Maraqlıdır, qəyyumluğa verilən uşaqlarla görüşlər keçirilir? Bu proses kim tərəfdən və necə tənzimlənir?

presstvaz xəbər verir ki, Sosial Xidmətlər Agentliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan məsələ ilə qanunvericiliyə uyğun olaraq yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar məşğuldur.

Daha sonra yerli icra hakimiyyəti orqanlarına sorğu ünvanlanıb. Bildirilib ki, məsələ ilə rayon icra hakimiyyətlərində fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyası məşğul olur:

“Qəyyumluq məsələsində şəxsin sağlamlıq vəziyyəti, yaşı, yaşadığı yer, maddi vəziyyəti kimi əsas məqamlar nəzərə alınmalıdır. Qəyyum təyin edildikdən sonra isə monitorinqlər keçirilir. Müəyyən vaxtlarda qəyyumlarla telefonla, lazım gəldikdə isə canlı görüşlər keçirilir”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 53-ə çatıb.

Onlardan 32-si qız, 21-i oğlandır. Həmçinin 27 nəfəri 6 yaşadək olan, 21 nəfəri 7-13 yaş arası, 5 nəfəri 14-18 yaş arası uşaqlardır.

Uşaqlardan 29-u hazırda Bakı şəhərindəki, 24-ü rayonlardakı (Ağcabədidə 1, Biləsuvarda 1, Cəlilabadda 1, Gəncədə 3, Göyçayda 1, Göygöldə 3, Xaçmazda 2, Lənkəranda 4, Şamaxıda 1, Şəkidə 1, Şəmkirdə 4, Zaqatalada 1, Astarada 1 ailə) himayədar ailələrdə yaşayırlar.

Bununla yanaşı himayədar ailəyə verilmiş 0-6 yaş arası uşağa görə – 355 manat, 7-13 yaş arası uşağa görə – 375 manat, 14-18 yaş arası uşağa görə – 395 manat.

Himayədar ailəyə verilmiş əlilliyi olan 0-6 yaş arası uşağa görə – 500 manat, 7-13 yaş arası uşağa görə – 600 manat, 14-18 yaş arası uşağa görə – 650 manat müavinət verilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv