İnformasiya yayıcılığı cəmiyyətdə bölücülük yaratmamalıdır

İnformasiya yayıcılığı cəmiyyətdə bölücülük yaratmamalıdır






Rəşad Cəfərli

"Presstv"az #Azərbaycan, #Azərbaycan Mətbuat Şurası, #Azərbaycan Mətbuat Şurasının sədri, #Məcburi köçkün, #Mətbuat Şurası, #Müharibə, #Rəşad CƏFƏRLİ, #Rəşad Məcid, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Rəşad Məcid: Media nümayəndələri daha məsuliyyətli olmalıdır

       Məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı ilə bağlı mövzu son günlər sosial şəbəkələrdə müxtəlif mövqelərdən müzakirə olunur. Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid məsələ ilə bağlı mövqeyini açıqlayaraq bildirib ki, informasiya yayıcılığı sahəsində məsuliyyətli davranış cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb edir.

presstvaz bildirir ki, Rəşad Məcid “Facebook” hesabında məsələyə münasibət bildirərkən, müzakirələrin əslində “hiddət və qəzəb yağışına” çevrildiyini qeyd edib:

       “Mətbuat Şurası olaraq vəziyyət daim diqqətimizdədir. Bununla bağlı profilaktik söhbətlər aparmışıq və dəfələrlə vurğulamışıq ki, insanları dini, dili, irqi və ya yaşadığı yerinə görə fərqləndirmək yolverilməzdir. Media nümayəndələri və informasiya yayıcıları təqdimatlarında həssas olmalı, cəmiyyətdə nifaq yarada biləcək ifadələrdən çəkinməlidirlər”.

sədrinin sözlərinə görə, bəzi sosial şəbəkə paylaşımlarında məqsədli şəkildə nifaq yaratmaq cəhdləri müşahidə olunur:

       “Sanki kimlərsə pusquda dayanıb ki, bir ifadəni alova çevirsin. Onlar fürsət tapan kimi 44 günlük müharibədə əldə etdiyimiz Zəfəri və doğma torpaqlara sahib çıxmaq iradəmizi kiçiltməyə çalışırlar”.

Rəşad Məcid vurğulayıb ki, informasiya yayıcıları söylədikləri hər kəlməyə görə məsuliyyət daşımalıdır:

       “Unutmaq olmaz ki, bu məsuliyyət ölkəmizin firavanlığı, cəmiyyətimizdə birgəyaşayış prinsiplərinin qorunması və dövlətimizin inkişafı baxımından son dərəcə vacibdir”.

sədri həmçinin qeyd edib ki, belə halların hüquqi qiymətləndirilməsi də mümkündür:

       “Əgər kimsə çıxışında və ya açıqlamasında cəmiyyətdə nifaq yaradırsa, bu, hüquqi müstəvidə də dəyərləndirilə bilər. Bunun nəzərə alınması çox vacibdir”.

Rəşad CƏFƏRLİ,

Mənbə: Presstv.az – Azərbaycan xəbər portalı

Presstvaz– Azərbaycanın etibarlı informasiya mənbəyi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.