Apple iPhone Air – ən incə iPhone təqdim olundu – FOTO

Apple iPhone Air – ən incə iPhone təqdim olundu – FOTO






presstv

"Presstv"az #Apple, #iPhone, #Smartfon

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Apple" şirkəti yeni iPhone Air modelini təqdim edib. Cəmi 5,6 mm qalınlığı ilə bu cihaz şirkətin tarixində ən incə iPhone oldu.

presstvaz Trend-ə istinadən xəbər verir ki, smartfon "Apple"ın təqdimatında nümayiş etdirilib.

Korpusun 80%-i təkrar emal olunmuş titandan hazırlanıb. 6,5 düymlük Super Retina XDR displey ProMotion 120 Hz dəstəyi və 3000 nit parlaqlıqla gəlir.

Smartfon güclü A19 Pro çipi ilə işləyir, əlavə olaraq enerji səmərəliliyini artıran C1X və N1 çipləri ilə təchiz olunub. N1 Wi-Fi və Bluetooth modullarını birləşdirir.

Batareyanın tutumu açıqlanmasa da, "Apple" cihazın bir gün işlədiyini bildirir. Hətta yeni "hump case" (qalınlaşdırılmış çexol) də təqdim olunub.

Kamera sistemi sadələşdirilib: əsas 48 MP (26 mm EFR, f/1.6) kamera və 18 MP ön kamera mövcuddur. Arxa kamera 4K 60 fps videoyazma dəstəkləyir, ön kamera isə Center Stage funksiyası ilə gəlir.

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv