Manevretmə qaydalarını pozan sürücü avtomobili aşırdı – ANBAAN VİDEO

Manevretmə qaydalarını pozan sürücü avtomobili aşırdı – ANBAAN VİDEO






presstv

"Presstv"az #Audi, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Manevretmə qaydalarının pozulması çox zaman qəfil zolaq dəyişmələri, dönmə siqnalından istifadə etməmək və ya digər nəqliyyat vasitələrinin sürətini, məsafəsini nəzərə almadan hərəkət etmək kimi hallarla müşahidə olunur.

presstvaz xəbər verir ki, bu fikirlər Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə çağırışında qeyd olunub:

“Bu qayda pozuntusu bir çox hallarda yollarda qəfil toqquşmalara və ağır nəticəli qəzaların baş verməsinə səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə müraciət edərək bildirir:

1. Dönmə və zolaq dəyişməzdən əvvəl siqnal verin. Bu, digər sürücülər və piyadalar üçün xəbərdarlıqdır.

2. Məsafəni dəqiq qiymətləndirin. Yalnız kifayət qədər təhlükəsiz interval olduqda manevr edin.

3. Sürətə diqqət yetirin. Manevretmə zamanı qəfil sürət artırmaq və ya azaltmaq qəza riskini yüksəldir.

4. Dairəvi hərəkətlərdə, kəsişmələrdə üstünlük qaydalarını qoruyun.

5. Piyada zolaqları yaxınlığında xüsusən ehtiyatlı olun. Burada edilən kiçik bir diqqətsizlik insan həyatına ciddi təhlükə yarada bilər.

Manevretmə qaydalarına riayət etmək inzibati qanunvericiliyin tələbi olmaqla yanaşı, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Çünki istənilən düzgün aparılmayan manevr təkcə bir nəqliyyat vasitəsini deyil, bütün hərəkət iştirakçılarını təhlükəyə atır.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını bir daha məsuliyyətli davranmağa, manevr edərkən qaydalara ciddi şəkildə əməl etməyə çağırır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv