ABŞ-də ictimaiyyətin qəzəbindən sonra qərar: Los-Anceles polisi Kamala Harrisi mühafizə etməyəcək

ABŞ-də ictimaiyyətin qəzəbindən sonra qərar: Los-Anceles polisi Kamala Harrisi mühafizə etməyəcək






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #Hakim, #Los-Anceles

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-də ictimaiyyətin qəzəbindən sonra Los-Anceles polisi keçmiş vitse-prezident və Demokratlar Partiyasından ABŞ prezidentliyinə keçmiş namizəd Kamala Harrisin təhlükəsizliyini təmin etməyi dayandırıb.

presstvaz-ın xəbərinə görə, bu barədə “Los Angeles Times” nəşri məlumat verib.

Məlumata görə, sentyabrın 6-dan yerli polis əməkdaşlarının üzərinə qoyulan bu tapşırıq ləğv edilib.

Xatırladaq ki, sentyabrın 5-də “Los Angeles Times” qəzeti ABŞ Prezidenti Donald Trampın Harrisi dövlət himayəsindən məhrum etməsindən sonra onun təhlükəsizliyinin təminatı ilə müvəqqəti olaraq ən azı 12 şəhər polisinin məşğul olacağını yazmışdı. Qəzet hakimiyyətin bu qərarını tənqid etmişdi. Bundan əlavə, Los-Anceles Polis Mühafizə Liqası da bu qərarı sərt tənqid etmişdi. Onlar prezidentliyə namizədlik seçkisində məğlub olan, üstəlik də özü multimilyoner olan, bir neçə evə sahib olan və öz təhlükəsizliyini asanlıqla özü təmin edə bilən birinin təhlükəsizliyini təmin etmək üçün hüquq-mühafizə orqanlarını adi Los-Anceles sakinlərini mühafizəsindən yayındırmağı “dəlilik” adlandırmışdılar.

Qeyd edək ki, avqustun sonunda Tramp Harrisi ABŞ Gizli Xidməti tərəfindən təmin edilən hökumət müdafiəsindən məhrum etməyi əmr etmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv