Emin Çətinbağ Rusiyada saxlanıldı

Emin Çətinbağ Rusiyada saxlanıldı






presstv

"Presstv"az #Cinayət işi, #Moskva şəhəri, #Rusiya, #Vəzifə, #Vəzifə səlahiyyətlərindən sui-istifadə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Taekvondo üzrə dünya çempionu Emin Çətinbağ cinayətkar qruplaşmanın tərkibində dələduzluqda şübhəli bilinərək saxlanılıb.

presstvaz xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, saxlanılanlar arasında bir neçə keçmiş polis də var.

“Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə istintaq orqanları polis idarələrindən birinin keçmiş əməliyyatçıları və taekvondo üzrə dünya çempionu Emin Çətinbağ da daxil olmaqla, cinayətkar qrupun 6 üzvünə qarşı cinayət işini araşdırır.

Onlar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı maddəsinin 3-cü hissəsinin "a", "g", "e" bəndlərində (vəzifə səlahiyyətlərindən sui-istifadə), Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsində (dələduzluq) nəzərdə tutulmuş cinayətləri törətməkdə ittiham olunurlar.

İstintaq cinayətkar qrupun 5 üzvünə qarşı ittiham irəli sürüb və barəsində həbs-qətimkan tədbiri seçilib”, – deyə İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.

O da bildirilib ki, məlum cinayət işi ilə bağlı daha bir şəxs barəsində axtarış elan edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv