Overçuk: “Üçtərəfli işçi qrupu çərçivəsində bütün qərarlar formalaşdırılıb”

Overçuk: “Üçtərəfli işçi qrupu çərçivəsində bütün qərarlar formalaşdırılıb”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Cənubi Qafqaz, #Ermənistan, #Nəqliyyat, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupu (Azərbaycan, Rusiya, Ermənistan) bütün qərarları formalaşdırıb, hazırda tərəflər ikitərəfli formatda əlaqə saxlayırlar”.

presstvaz-ın məlumatına görə, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumu çərçivəsində TASS-a müsahibəsində bildirib.

“Qrup 2023-cü ilin iyul ayının əvvəlindən bəri toplanmayıb, lakin biz ikitərəfli səviyyədə əlaqə saxlayırıq və baş verənlər barədə fikir mübadiləsi aparırıq. Hər halda, üçtərəfli işçi qrupunun həmsədrləri həm də hökumətlərarası komissiyalar üzrə həmkarlarımdır və biz mütəmadi ünsiyyət qururuq”, – deyə baş nazirin müavini qrupun taleyi ilə bağlı suala cavabında bildirib.

Onun sözlərinə görə, qrup çox diqqətlə işləyib, ən xırda detallara qədər araşdırıb, Cənubi Qafqazda kommunikasiyaların açılmasının müxtəlif aspektlərini nəzərdən keçirib.

“Biz hər şeyi ən müxtəlif tərəflərdən nəzərdən keçirdik. Prinsip etibarilə üçtərəfli işçi qrupu çərçivəsində bütün qərarlar formalaşdırılıb, ən azı nə və necə etmək lazım olduğu aydındır”, – deyə Overçuk qeyd edib.

Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri 2021-ci il yanvarın 11-də üç ölkənin baş nazir müavinləri səviyyəsində regionda nəqliyyat və iqtisadi əlaqələrin qurulmasına diqqət yetirəcək işçi qrupunun yaradılması barədə razılığa gəliblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv