Fransa hökuməti kanak gəncin ölümünü rəsmi statistikalarda niyə gizlədir? – BTQ BƏYANAT YAYDI

Fransa hökuməti kanak gəncin ölümünü rəsmi statistikalarda niyə gizlədir? – BTQ BƏYANAT YAYDI






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Audi, #Bakı, #Fiziki zorakılıq, #Fransa, #Hadisə, #Məhkum, #Vəfat edib, #Vəzifə, #Yeni Kaledoniya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu il sentyabrın 3-də Fransanın “Le Monde” nəşrində “2024-cü ildə Yeni Kaledoniyadakı iğtişaşlar zamanı gizlədilmiş ölüm” adlı məqalə dərc edilib. Məqalədə qeyd edilir ki, 2024-cü il 13 may tarixində Kanakinin (Yeni Kaledoniya) paytaxtı Numea şəhərində yerləşən Kamp-Est penitensiar müəssisəsində məhkumlar qiyam qaldırıblar. Hadisə zamanı, təxminən, 600 məhkumun saxlandığı bu müəssisədə üç nəzarətçi məhkumlar tərəfindən girov götürülüb və müşahidə kameralarının əksəriyyəti sıradan çıxarılıb. Vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq məqsədilə əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər.

presstvaz xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) yaydığı məlumatda qeyd edilib ki, aparılan istintaqın nəticələri göstərir ki, hadisələr zamanı “Ceyms” şərti adı ilə qeyd edilən gənc kanakəsilli məhkum hüquq-mühafizə orqanlarının müdaxiləsi zamanı fiziki zorakılığa məruz qalıb və aldığı xəsarətlər nəticəsində dörd gün sonra vəfat edib. Əldə olunan məlumatlara əsasən, “Ceyms” baş vermiş qiyamda iştirak etməyib, hadisələr zamanı öz kamerasında qalıb. Şahidlərin ifadələrinə görə, hüquq-mühafizə orqanlarının müdaxiləsi zamanı “Ceyms” döyülüb, daha sonra digər məhkumlarla birlikdə müşahidə kameralarının quraşdırılmadığı zonaya aparılaraq orada fiziki zorakılığa məruz qalıb. Bundan əlavə, “Ceyms”ə və digər yaralı məhkumlara lazımi tibbi yardım göstərilməyib.

Məhkumların ifadələrinə əsasən, “Ceyms”in səsi son günlər ərzində xeyli zəifləyib, daha sonra isə tamamilə kəsilib. O, huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Ölümün dəqiq səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, Numea Respublika Prokurorluğu baş vermiş hadisə ilə əlaqədar istintaq hərəkətləri başlandığını təsdiqləyib. Hazırda məhkəmə-tibbi ekspertiza və digər müvafiq araşdırmalar davam etdirilir.

Qeyd edək ki, “Ceyms”in vəfatı ilə 2024-cü ilin may ayında baş vermiş hadisələr nəticəsində həyatını itirənlərin rəsmi sayı 15-ə çatıb.

Xatırladaq ki, Kamp-Est həbsxanası uzun illərdir ağır saxlanma şəraiti, normadan artıq məhkum sayı və məhkumlara qarşı zorakılıq halları ilə əlaqədar ciddi ictimai və hüquqi tənqidlərin obyektinə çevrilib. Tibbi xidmətlər əlçatanlığın olmaması, xüsusilə gənc məhkumlarla qeyri-insani rəftar edilməsi və zorakılıq halları müəssisənin əsas problemləri sırasındadır. Məhz bu səbəbdən, Kamp-Est həbsxanasının əsaslı şəkildə yenidən qurulması və şəraitin humanist prinsiplərə uyğunlaşdırılması Bujival razılaşmasının əsas müddəalarına əlavə edilib.

“Ceyms”in ölümü ilə bağlı onun ailəsi və vəkili tərəfindən mülki qaydada üç fərqli iddia qaldırılıb. Hüquq müdafiəçiləri baş vermiş hadisə ilə əlaqədar dövlət rəsmilərini, xüsusilə də hüquq-mühafizə orqanlarını vəzifə səlahiyyətlərini aşmaqda və fiziki zorakılıq tətbiq etməkdə ittiham edirlər.

“Le Monde” qəzetinin yaydığı məlumatlara əsasən, “Ceyms”in ölümü rəsmi statistikalarda qeyd olunmayıb.

Bakı Təşəbbüs Qrupu Fransa hökumətinin bu ölüm faktını gizlətməsini bir neçə amillə izah edir:

Əvvəla, onun ölümü birbaşa küçə iğtişaşları zamanı deyil, Kamp-Est həbsxanasında baş verib. Bu, hadisənin birbaşa rəsmiləşdirilməmiş və qeyri-rəsmi ölüm halı kimi dəyərləndirilməsinə zəmin yaradıb. İkincisi, ölüm səbəbi ilə bağlı məhkəmə araşdırmasının vəziyyəti və ekspertiza nəticələri ictimaiyyətə təqdim olunmayıb. Bu hal günahkarların məsuliyyətə cəlb olunmasını süni şəkildə uzadır. Üçüncüsü, iğtişaşlar zamanı həbsxanada mövcud olan videomüşahidə kameralarının məhv edilməsi nəticəsində hadisəyə dair vizual sübutlar məhv edilib. Bu da araşdırmanın ləngiməsinə səbəb olub. Nəticədə “Ceyms”in faciəli ölümü rəsmi statistikalarda əks olunmayıb, ictimaiyyətdən gizlədilib.

Bakı Təşəbbüs Qrupu bu qətli pisləyən və qınayan açıqlama yayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv