Qırmızı dənizdə sualtı internet kabelləri zədələnib

Qırmızı dənizdə sualtı internet kabelləri zədələnib






presstv

"Presstv"az #Avropa, #dənizdə, #Gəmi, #Husilər, #Microsoft, #Təmir işləri, #Yaxın Şərq, #Yəmən

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Microsoft Azure" bulud xidmətinin istifadəçiləri yaxın günlərdə texniki problemlərlə üzləşə bilərlər. Buna səbəb Qırmızı dənizdə bir neçə beynəlxalq sualtı fiber-optik kabelin zədələnməsidir.

presstvaz xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi "Microsoft"un yaydığı rəsmi açıqlamaya istinadən məlumat yayıb.

Şirkətin bildirdiyinə görə, Asiya və Avropa arasında, eləcə də Yaxın Şərq istiqamətindəki internet trafiki bu zədələnmədən təsirlənə bilər və əlaqələrdə gecikmələr yarana bilər.

"Bir neçə beynəlxalq kabeldə yaranmış zədə səbəbindən məlumat axınında fasilələr mümkündür. Hazırda vəziyyət nəzarətdə saxlanılır, lakin kabellərin bərpası müəyyən vaxt tələb edəcək", – deyə açıqlamada qeyd olunur.

Kabel zədələnməsinin dəqiq səbəbi açıqlanmasa da, bölgədə təhlükəsizlik riski yüksəkdir. Belə ki, Yəməndəki "Ənsar Allah" (husilər) üsyançı qruplaşmasının Qırmızı dənizdəki gəmilərə davam edən hücumları təmir işlərini çətinləşdirə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv