Həkimlərin xəbərdarlığı reallaşdı: Türkiyə çimərliklərində turistlərə qəribə virus “hücum etdi”

Həkimlərin xəbərdarlığı reallaşdı: Türkiyə çimərliklərində turistlərə qəribə virus “hücum etdi”






presstv

"Presstv"az #Ailə, #Audi, #Bakteriya, #dənizdə, #DNT, #Həkim, #qızdırma, #Rusiya, #Sağlamlıq, #Təcili Tibbi Yardım, #Türkiyə, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyədə istirahət edən rusiyalı turistlər ölkənin çimərliklərində yoluxduqları qəribə virusdan şikayətləniblər.

presstvaz-ın xəbərinə görə, bu barədə “SHOT” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, zərərçəkənlər dənizdə çimdikdən sonra sağlamlıq vəziyyətlərinin qəfil pisləşdiyini bildiriblər. Xəstələnən insanlarda qusma, zəiflik və 38 dərəcədən yuxarı qızdırma halları müşahidə olunub. Bir qadın əri ilə birlikdə kəskin zəhərlənmə əlamətləri ilə xəstəxanaya düşüb.

Qeyd edilib ki, Alanyanın klinikalarına oxşar əlamətlərlə müraciət edən turist axını müşahidə olunur. Zəhərlənmələr, həmçinin Belek bölgəsində də qeydə alınıb. Belekdə hotellərdən birində dincələn ailə davamlı qusma şikayəti ilə təcili tibbi yardıma müraciət etməli olub. Evlərinə qayıdan daha bir neçə rusiyalı ailədə bağırsaq infeksiyası aşkarlanıb.

Xatırladaq ki, iyulun sonunda türkiyəli həkimlər turistlərə təhlükəli xəstəliklər, o cümlədən vəba (xolera) yarada bilən “Vibrio” bakteriyası ilə yoluxma riski barədə xəbərdarlıq etmişdilər.

Bildirilib ki, Mərmərə, Egey və Aralıq dənizi sahillərində “Vibrio parahaemolyticus” və “Vibrio vulnificus” bakteriyalarının DNT-ləri aşkarlanıb.

Tibb işçilərinin sözlərinə görə, bakteriyalar isti duzlu suda çoxalırlar, onlardan biri – “Vibrio cholerae” isə ağır diarreya (ishal) və susuzlaşma ilə müşayiət olunan vəba yarada bilər.

Bəzi ştamlar, xüsusilə “Vibrio vulnificus” dərinin təhlükəli infeksiyalarına, o cümlədən nekrotik fasiitə səbəb ola bilər ki, bu, “ət yeyən bakteriya” kimi tanınır.

“Vibrio parahaemolyticus” bakteriyasına dəniz məhsullarında, əsasən də çiy istiridyədə rast gəlinir və bu, qarında ağrılara, qusmaya, ishal və qızdırmaya, immunitet zəif olduqda isə sepsisə də gətirib çıxara bilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv