Tailandda başı yerə çırpılan rusiyalı qadın hər şeyi unutdu: Köhnə rus dilində danışmağa başladı

Tailandda başı yerə çırpılan rusiyalı qadın hər şeyi unutdu: Köhnə rus dilində danışmağa başladı






presstv

"Presstv"az #Audi, #Cərrahi əməliyyat, #Hadisə, #Həkim, #Rusiya, #Tailand, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tailandda rusiyalı turistin başına qeyri-adi hadisə gəlib.

presstvaz bildirir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, Tomskdan olan 45 yaşlı Yelena bir müddət əvvəl ölən atasının dəfn mərasimindən sonra mənəvi rahatlıq tapmaq üçün kurorta yollanıb. Lakin tətil faciəyə çevrilib – gəldiyi ikinci gündə Yelena hovuzun kənarındakı nəm pilləkənlərdə sürüşərək yıxılıb və başı bərk şəkildə yerə çırpılıb, sonra isə suya yıxılıb. Xoşbəxtlikdən yaxınlıqdakı şəxslər tez köməyə gələrək onu çıxarıblar.

Həkimlər rusiyalı qadına kəllə-beyin travması, qulağın sınığı və amneziya (yaddaşın itirilməsi) diaqnozu qoyublar, həmçinin daha da ağırlaşmaların qarşısını almaq üçün ciddi cərrahiyyə – kəllə sümüyünün trepanasiyasını (kəllənin sümük toxumasında əsas boşluğa daxil olmaq üçün bir deşik açmaq məqsədilə aparılan cərrahi əməliyyat – red.) tövsiyə ediblər.

Ancaq zədənin ən təəccüblü nəticəsi o olub ki, yaddaşını itirmiş, özü haqqında heç nə xatırlamayan və hətta yaxın dostlarını belə tanımayan Yelena yalnız köhnə rus dilində danışmağa başlayıb. Bu linqvistik fenomen mütəxəssisləri çaşdırıb.

Ehtimal edilir ki, beynin bu qeyri-adi reaksiyası zərərçəkənin professional keçmişi ilə əlaqəli ola bilər – Yelena təhsilinə görə filoloqdur, dil və pedaqogika tarixini öyrənib. Ola bilsin ki, zədə uzunmüddətli yaddaşda saxlanılan dərin bilikləri aktivləşdirib, eyni zamanda da sonrakı xatirələrə girişi əngəlləyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv