Rusiyalı alpinist qadın planetdəki “qatil dağlar”ın adlarını açıqladı

Rusiyalı alpinist qadın planetdəki “qatil dağlar”ın adlarını açıqladı






presstv

"Presstv"az #Audi, #Everest zirvəsi, #Kuba, #Pakistan, #Planet, #Qırğızıstan, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyadan Everest zirvəsini fəth edən üçüncü qadın, rusiyalı alpinist Lyudmila Korobeşko “qatil dağlar” adlanan zirvələri sadalayıb.

Bu barədə presstvaz “RIA Novosti”yə istinadən xəbər verir.

“Planetdəki əsas “qatil dağlar” bunlardır: K2 (Karakorum dağ silsiləsində), Annapurna (Himalayda), Nanqaparbat (Pakistanda), Pobeda (Qırğızıstanda)”, – deyə o bildirib.

Everestə gəlincə, Lyudmila Korobeşko əlavə edib ki, faiz baxımından orada mövsüm zamanı ölən alpinistlərin sayı “qatil dağlar”dakı qədər olmur – orta hesabla üç və ya dörd nəfərdən 15 və ya 16 nəfərə qədər.

Xatırladaq ki, məhz Qırğızıstanın 7200 metr hündürlükdə yerləşən Pobeda zirvəsində rusiyalı alpinist Nataliya Naqovitsina ayağını sındırıb və çarəsiz vəziyyətdə qalıb. Onu xilas etmək üçün edilən üç cəhd nəticə verməyib və qadın həyatını itirib.

Qırğızıstan Alpinizm Federasiyasının rəhbəri Eduard Kubatov bildirib ki, dron Naqovitsinanın yerləşdiyi hündürlüyü iki dəfə yoxlayıb və mütəxəssislər əmin olublar ki, o, hər hansı həyat əlaməti göstərmir. Bununla əlaqədar olaraq, rusiyalı qadının Pobeda zirvəsindən xilas edilməsi əməliyyatı rəsmən dayandırılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv