Tramp: “Hindistana qarşı sanksiyalar səbəbindən Rusiya yüz milyardlarla dollar itirib”

Tramp: “Hindistana qarşı sanksiyalar səbəbindən Rusiya yüz milyardlarla dollar itirib”






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Dollar, #Donald Tramp, #Hindistan, #Jurnalistlər, #Münaqişə, #Polşa, #Rusiya, #Ukrayna, #Vaşinqton, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“ABŞ Ukrayna böhranının nizamlanması məsələsində Rusiyanın addımlarından məmnun olmasa, tədbirlər görəcək”.

presstvaz TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə polşalı həmkarı Karol Navrotski ilə görüşün başlanğıcında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Vaşinqton Rusiya lideri Vladimir Putinin Ukrayna münaqişəsi üzrə qəbul edəcəyi qərardan narazı olsa, nəsə baş verəcək.

Amerika lideri konkret nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib.

Bununla yanaşı, Tramp onun Ukraynada nizamlama kontekstində Rusiyaya təsir göstərmək üçün heç bir tədbir görməməsinə dair iddianı təkzib edib.

Ağ Ev rəhbəri Rusiyaya qarşı tədbir görməsinə nümunə kimi Hindistana münasibətdə ikinci dərəcəli sanksiyaların tətbiqini göstərib:

“Bu səbəbdən Rusiya yüz milyardlarla dollar itirib. Hələ mən ikinci və üçüncü mərhələyə başlamamışam”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv