Rusiyalı ekspert Yevgeni Maşkovski qocalmaya səbəb olan əsas faktorlardan DANIŞDI

Rusiyalı ekspert Yevgeni Maşkovski qocalmaya səbəb olan əsas faktorlardan DANIŞDI






presstv

"Presstv"az #Audi, #Qocalma, #Sağlam həyat tərzi, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gecəyarısından sonra yatmaq, tez-tez müxtəlif qəlyanaltılardan atışdırmaq və telefondan çox istifadə vərdişi qocalığa səbəb olan əsas amillərdir.

presstvaz xəbər verir ki, bu barədə Gazeta.ru-ya açıqlamasında idman təbabəti, reabilitasiya və sağlam həyat tərzi sahəsində ekspert Yevgeni Maşkovski deyib.

Mütəxəssis qocalmaya səbəb əsas faktor kimi birinci sıraya pis yuxu rejimini qoyub:

“Pis yuxu qocalmanın ən vacib katalizatorlarından biridir. Gecəyarısından sonra yatmaq, parlaq ekran işığı, gecə yemək və ya spirtli içki içmək sirkadiyalı ritmləri, melatonin və kortizol istehsalını pozur. Nəticədə, bədənin bərpa sürəti azalır.

Qidalanma rejimi heç də az əhəmiyyət kəsb etmir. Fasiləsiz tez-tez yemək, həddindən artıq şəkər tərkibli qidaların qəbulu orqanizmdə mikrobiotanın fəaliyyətini pozur və hüceyrənin qocalmasına kömək edir. Ultra emal olunmuş qidalar xüsusilə zərərlidir, söhbət xüsusən supermarketdən alınan şirniyyatlardan, kolbasa, qəlyanaltılar və fastfudlardan gedir.

Xroniki stres yaşlanmanın başqa bir sürətləndiricisidir. Bu, hormonal səviyyəni pozur, insulin istehsalını pisləşdirir və bədəndə bərpa proseslərini ləngidir”.

Mütəxəssisin fikrincə, stresi minimuma endirmək üçün effektiv üsullar tənəffüs məşqləri, meditasiya proqramlarıdır. Ekspert əlavə edib ki, bədənin xarici və daxili stresə reaksiyasını nəzarətdə saxlamaq üçün mütəmadi qan qlükoza sensorlarından istifadə edərək stres səviyyəsinin monitorinqini aparmaq lazımdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv