Azərbaycanda ilk dəfə “Microsoft Express Route” xidməti istifadəyə verildi

Azərbaycanda ilk dəfə “Microsoft Express Route” xidməti istifadəyə verildi






presstv

"Presstv"az #"Qarabağ", #Audi, #Azərbaycan, #Futbol, #Microsoft, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Proxima Tech Solutions” tərəfindən ölkəmizdə ilk dəfə təqdim edilən “Microsoft ExpressRoute” ənənəvi internet bağlantılarından fərqli olaraq, məlumat ötürülməsini qapalı və sabit kanal üzərindən təmin edir. Bu yanaşma dövlət qurumları, maliyyə sektoru və iri bizneslər üçün kritik əhəmiyyət daşıyır, çünki məlumat axınına əlavə təhlükəsizlik, daha az gecikmə və yüksək etibarlılıq təmin edir. Xidmət birbaşa “Microsoft Azure”un “Frankfurt (DE)” məlumat mərkəzinə qoşulma imkanı təqdim edir. Layihə “AzerTelecom” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib və Azərbaycanın bulud xidmətlərinə sabit və təhlükəsiz beynəlxalq çıxış imkanı yaradır.

Xidmətin əsas faydaları:

– Sabit və yüksək sürət – “Microsoft”un bulud xidmətlərinə təhlükəsiz və dayanıqlı qoşulma,

– Aşağı gecikmə – ənənəvi VPN bağlantılarına alternativ olaraq daha az gecikmə,

– Birbaşa bulud girişi – “Microsoft”un bulud xidmətlərinin tam portfelinə birbaşa çıxış,

– Maksimum təhlükəsizlik – “end-to-end” şifrələmə və ictimai internetdən tam təcrid olunmuş infrastruktur.

Bu imkanlar sayəsində Azərbaycan şirkətləri və qurumları rəqəmsal xidmətlərini qlobal standartlara uyğun şəkildə daha çevik, sabit və təhlükəsiz formada idarə edə biləcəklər. Xüsusilə bulud texnologiyalarına keçid edən müəssisələr üçün “ExpressRoute” həm məhsuldarlığı artırır, həm də uzunmüddətli perspektivdə rəqəmsal transformasiyanın etibarlı təməli kimi çıxış edir.

“Proxima Tech”in təsisçisi Tahir Gözel həmçinin Qarabağ Futbol Klubunun prezidentidir.

“Proxima Tech Solutions” yalnız beynəlxalq texnologiyaların ölkəyə gətirilməsi ilə kifayətlənmir, həm də süni intellekt sahəsində lokal həllər, kibertəhlükəsizlik infrastrukturu və rəqəmsal müstəqilliyin gücləndirilməsi istiqamətində layihələr həyata keçirir. “Qarabağ” komandası futbol sahəsində Azərbaycanı dünya arenasında necə təmsil edirsə, “Proxima Tech Solutions” da eyni qürurla ölkəmizi texnologiya sahəsində dünyada təmsil etməyi qarşıya məqsəd qoyur”, – deyə o qeyd edib.

https://proximatech.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv