Ağ Ev Əliyev və Paşinyan arasında sülh müqaviləsinin imzalanmasını gözləyir

Ağ Ev Əliyev və Paşinyan arasında sülh müqaviləsinin imzalanmasını gözləyir






presstv

"Presstv"az #ABŞ, #Azərbaycan, #Cənubi Qafqaz, #Donald Tramp, #Ermənistan, #İran, #Nəqliyyat, #Rusiya, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Administrasiyası Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin 2026-cı ilin sonuna kimi imzalana və ratifikasiya oluna biləcəyini gözləyir.

presstvaz xəbər verir ki, bu barədə “Foreign Policy” mənbəyə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar ABŞ-nin postsovet məkanında öz təsirini gücləndirmək üzrə ən böyük cəhdlərdən biri olub və Donald Tramp administrasiyasının “təsir dairəsini Kremlə təhvil verməyə çalışdığı” versiyasını təkzib edir.

“Foreign Policy” məqaləsində yazır ki, Azərbaycan və Ermənistan arasında çərçivə sazişi yekun sülhə, sərhədlərin bərpasına, diplomatik münasibətlərin normallaşmasına və Cənubi Qafqazda ticarət marşrutlarının açılmasına yol açır.

O həmçinin iqtisadi və infrastruktur layihələrini, o cümlədən tranzit dəhlizinin inkişafını, regional enerji və nəqliyyata investisiyaları nəzərdə tutur.

Eyni zamanda, risklər qalmaqdadır: ölkələr arasında inamsızlıq və ənənəvi olaraq regionda dominantlıq edən Rusiya və İranın mümkün müqaviməti.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv