Almaniya İran vətəndaşları üçün humanitar viza prosesini dayandırdı

Almaniya İran vətəndaşları üçün humanitar viza prosesini dayandırdı






presstv

"Presstv"az #Almaniya, #Belarus, #Dondurma, #İran, #Rusiya, #Tehran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dünən Almaniya Xarici İşlər Nazirliyi bəzi ölkələrin, o cümlədən İran vətəndaşları üçün humanitar vizaların verilməsi və sürətləndirilmiş qəbul prosedurlarının dayandırıldığını açıqlayıb.

“Azad İran” “Telegram” kanalı bu barədə “The Independent” nəşrinə istinadən məlumat yayıb.

“Daxili İşlər Nazirliyi ilə Xarici İşlər Nazirliyi arasında əvvəlki qanunvericilik dövrlərində İran, Belarus və Rusiya vətəndaşları üçün Yaşayış haqqında Qanunun 2-ci bölməsinə uyğun olaraq razılaşdırılmış sürətləndirilmiş qəbul prosedurları artıq tətbiq edilməyəcək”, – deyə bəyanatda vurğulanıb.

Bu açıqlama Almaniyanın Tehrandakı səfirliyinin fəaliyyətini dayandırması və İran vətəndaşları üçün viza xidmətlərini dondurması barədə xəbərlərin yayılmasından təxminən bir həftə sonra verilib.

Hazırda bu prosedurun dayandırılması o deməkdir ki, İran vətəndaşları üçün istisna humanitar əsaslarla Almaniyaya köçürülmə proqramları icra olunmayacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv