Azərbaycan futbolunda son 18 mövsümdə ilk yaşandı

Azərbaycan futbolunda son 18 mövsümdə ilk yaşandı






presstv

"Presstv"az #"Qarabağ", #Araz-Naxçıvan, #Bakı, #Futbol, #İmişli, #Lənkəran, #Masallı, #Neftçi, #Premyer Liqası, #Qəbələ, #Şamaxı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Misli Premyer Liqasında son 18 mövsümdə ilk dəfə meydan sahibləri eyni turun beş matçında uduzublar.

presstvaz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının Mətbuat Xidməti məlumat yayıb.

Son belə hal çempionatın PFL bayrağı altında keçirilməyə başlamasından da əvvəl – 2007/2008 mövsümündə yaşanıb.

Cari mövsümün II turunda baş tutan altı oyundan beşində qonaqlar qələbə qazanıblar. “Araz-Naxçıvan” “Turan Tovuz”a, “Sabah” “Şamaxı”ya, “Zirə” “Qəbələ”yə eyni – 2:1, “Karvan-Yevlax” “Kəpəz”ə 3:2, “Sumqayıt” “Qarabağ”a 1:0 hesabı ilə qalib gəlib. Yalnız “İmişli”nin qonağı olan “Neftçi” səfərdə xal itirib.

2007-ci il dekabrın 1-2-də keçirilən XIII turun 7 oyununda qonaqlar 5 qələbə əldə ediblər. Həmin vaxt “Neftçi” “ABN-Bərdə”ni, “Bakı” “Turan”ı eyni – 2:0, “Standard” “Gənclərbirliyi”ni 5:1, “Masallı” “Karvan”ı, “Olimpik” “Qarabağ”ı eyni – 1:0 hesabı ilə məğlub edib. “Qəbələ” – “İnter” və “Xəzər Lənkəran” – “Simurq” görüşlərində isə meydan sahibləri üç xala seviniblər – hər ikisi 2:1.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv