Çay içənlərə bəd XƏBƏR

Çay içənlərə bəd XƏBƏR






presstv

"Presstv"az #anemiya, #çayda, #pandemiya, #Qırmızı ət, #Sağlamlıq, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Canan Karatay son vaxtlar artan qan azlığı ilə bağlı mühüm açıqlamalar verib. O, həmçinin yeməkdən sonra çaydan uzaq durmağın vacibliyini vurğulayıb.

presstvaz xəbər verir ki, türkiyəli prof.dr.Canan Karatay xroniki halsızlıq, baş ağrıları, yuxululuğun səbəblərini açıqlayıb.

Sağlamlıq sahəsində təəccüblü açıqlamaları ilə tanınan Prof.Dr.Canan Karatay yeməkdən sonra çay içməyin zərərli təsirlərini də müzakirə edib. Karatay çayın dəmirin udulmasına maneə törətdiyini və qan azlığına səbəb olduğunu bildirib.

Karatay bu gün bir çox insanın halsızlıq, baş ağrısı, yuxululuq kimi şikayətlərlə qarşılaşdığını bildirib. Bu şikayətlərin kökündə qan azlığının olduğunu vurğulayan Karatay, “Qanazlığı pandemiyaya çevrilib”, deyib.

Karatay anemiyanın bir çox səbəbi olduğunu açıqlayıb. O, bildirib ki, bunlardan biri də qlütendir.

Karatay qəza, əməliyyat və ya doğuş zamanı qan itkisinin də qan azlığına səbəb ola biləcəyini xatırladıb. O, qanazlığının əlamətlərini belə sadalayıb: “Zəiflik, yuxusuzluq, yorğunluq, tez-tez xəstəliklər. Anemiya həm də immunitet sistemini zəiflədir”.

Karatay anemiyanın qarşısının alınmasında qidalanmanın əhəmiyyətini vurğulayıb. O bildirib ki, yeməkdən sonra çay içmək dəmirin sorulmasını pozur və qan azlığını kəskinləşdirir. Karatay çayın qırmızı ətin tərkibində olan dəmiri məhv etdiyini bildirib.

Çay yerinə su, ayran və ya kefir kimi içkilərin seçilməsini tövsiyə edən Karatay, çayın yeməkdən ən az iki saat sonra içilməsi lazım olduğunu və yeməkdən sonra qətiliklə içilməməsi lazım olduğunu qeyd edib. (medicina.az)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv