Avropada meşə yanğınları yeni rekord həddə çatdı: Kipr böyüklüyündə ərazi məhv olub

Avropada meşə yanğınları yeni rekord həddə çatdı: Kipr böyüklüyündə ərazi məhv olub






presstv

"Presstv"az #Avropa, #Avropa İttifaqı (Aİ), #İspaniya, #İspaniyanın, #Meşə, #Meşə yanğınları

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa İttifaqı (Aİ) ölkələri ərazisində meşə yanğınlarının sahəsi 2006-cı ildə qeydiyyata alınmasına başlayandan bəri ilk dəfə olaraq bir milyon hektarı keçərək, yeni rekorda imza atıb.

presstvaz-ın xəbərinə görə, bu barədə “Politico” nəşri Avropa Meşə Yanğınları İnformasiya Sisteminin (EFFIS) məlumatlarına istinadən bildirib.

EFFIS-in məlumatına görə, bu ilin yanvarından bəri yanğınlar bir milyon hektar meşəni məhv edib ki, bu da Kipr ərazisindən daha böyük sahəni əhatə edir.

Əvvəlki antirekord isə 2017-ci ildə qeydə alınıb ki, o zaman yanğınlar demək olar, 988 min hektar ərazini bürümüşdü.

Qeyd olunub ki, ümumi itkilərin təxminən üçdəikisi avqustun 5-dən sonra olan dövrə təsadüf edir, EFFIS-in məlumatına görə, 380 min hektar ərazi yanıb. Yanğınların əksəriyyəti Pireney yarımadasında qeydə alınıb.

İspaniyanın payına 400 min hektardan çox yanmış torpaq sahələri düşür, eyni zamanda, daha kiçik ərazini tutan Portuqaliyada 270 min hektardan çox ərazi alovlara qərq olub ki, bu da ölkə ərazisinin 3%-ni təşkil edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv