İspan futbolçu komandada oynamaq istəmədiyi üçün atalıq məzuniyyətinə getməyi düşünür

İspan futbolçu komandada oynamaq istəmədiyi üçün atalıq məzuniyyətinə getməyi düşünür






presstv

"Presstv"az #Futbol, #İspaniya, #Məzuniyyət

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Leqanes”in hücumçusu Xuan Krus onu satmaqdan imtina edən klubda oynamamaq üçün valideynlik məzuniyyəti götürməyi düşünür.

presstvaz xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Futbolçunun 25 yaşı var. O, ikinci diviziona düşmüş “Leqanes”dən ayrılmaq istədiyini bir neçə ay əvvəl açıqlayıb, La Liqa və Portuqaliya çempionatının klublarından bir neçə dəfə təklif alıb.

Lakin Krusla maraqlanan klublar onun müqaviləsindəki 10 milyon avronu çox yüksək hesab edirlər.

Qəzetin yazdığına görə, forvard “Leqanes”in transfer pəncərəsinin sonuna qədər maliyyə tələblərini azaltmağa razılaşacağına ümid edən “Rayo Valyekano” üçün prioritet hədəfdir.

Krus mövsümöncəsi yoldaşlıq görüşlərində və çempionatın açılış oyununda iştirak etməyib.

Qeyd edək ki, futbolçu tezliklə ata olacaq. Əvvəllər İspaniyada peşəkar futbolçuların valideyn məzuniyyəti almaq imkanı yox idi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv