Ukraynadan sonra Azərbaycan hədəfdədir? – Kreml yeni düşmən axtarışında

Ukraynadan sonra Azərbaycan hədəfdədir? – Kreml yeni düşmən axtarışında






presstv

"Presstv"az #Azərbaycan, #Fransa, #Qazax, #Qazaxıstan, #Rusiya, #Türkiyə, #Ukrayna, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Kreml Ukraynada uğursuzluqdan sonra yeni düşmən obrazı axtarır”.

Bu barədə sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

Onun sözlərinə görə, son aylarda Rusiyanın təbliğatında Azərbaycan və Qazaxıstan xüsusi hədəf seçilib. Bundan əvvəl bu hücumlar Baltik ölkələrinə, NATO-ya və Fransaya yönəlmişdi.

“Bu təbliğat təzyiqi davam edəcək. İndi yalnız nəticələrini görürük, amma zamanla vəziyyət daha aydın olacaq”, – deyə o qeyd edib.

Tofiq Zülfüqarov vurğulayıb ki, Ukrayna ərazisində Azərbaycan obyektlərinə heç bir təhlükə yoxdur.

“Azərbaycanla Türkiyə arasında güclü ittifaq mövcuddur və bu bizi istənilən hərbi təhdiddən qoruyur. Rusiyanın isə nə cəsarəti, nə də gücü var ki, ikinci cəbhə açsın. İndi yalnız nəticələrini görürük, amma zamanla vəziyyət daha aydın olacaq”, – deyə sabiq nazir əlavə edib.

Ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv