Şair Məmməd İsmayıl Tovuzda dəfn olunub

Şair Məmməd İsmayıl Tovuzda dəfn olunub






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Bakı, #Baş redaktor, #SSRİ, #Tovuz rayonu, #Vəfat edib, #Vəzifə, #Yazıçı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şair Məmməd İsmayıl Tovuz rayonunda dəfn edilib.

presstvaz “Report”a istinadla xəbər verir ki, şair Məmməd İsmayıl öz vəsiyyətinə uyğun olaraq doğulduğu Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində, anasının məzarının yanında dəfn olunub.

Dəfn mərasimində şairin ailə üzvləri, doğmaları, şair və yazıçılar, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Məmməd İsmayıl 1939-cu ildə Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti), 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirib.

1966-73-cü illərdə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1976-80-ci illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, eləcə də digər ədəbi-mədəni idarələrdə müxtəlif vəzifələrdə çalışıb.

Son illərdə Məmməd İsmayılın səhhətindəki problem daha da kəskinləşib. Sonuncu dəfə bir neçə gün əvvəl vəziyyəti yenidən ağırlaşaraq xəstəxanalardan birinə yerləşdirilən şair avqustun 19-da orada vəfat edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv